06 Oktyabr 2018 21:08
1327
Səhiyyə
A- A+

ll Bakı Endoskopik Forumu Milli Onkologiya Mərkəzinin nailiyyətlərini göstərməyə imkan yaradır


Milli Onkologiya Mərkəzində (MOM) ikinci dəfə təşkil edilən Bakı Endoskopik Forumunda yerli həkimlərlə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Yaponiya, Qazaxıstandan olan mütəxəssislər də iştirak edirlər. Tədbirdə respublikanın və digər ölkələrin həkim-endoskopistlərinin, aparıcı tibb işçilərinin öz təcrübələrini bölüşmələri və fikir mübadiləsi aparmaları onkoloji xəstəliklərin müalicəsində daha uğurlu nəticə əldə olunmasına kömək etmək baxımından önəmlidir.

Bu sözləri mərkəzin endoskopiya şöbəsinin rəhbəri Elman İbrahimov AZƏRTAC-a müsahibəsində deyib.

"MOM dünyanın ən tanınmış onkoloji mərkəzləri ilə elmi tədqiqat, kadr mübadiləsi və yeni innovasiyaların tətbiqi sahəsində geniş əməkdaşlıq əlaqələrinə malikdir. Mərkəz müasir avadanlıqla təchiz olunub və onkoloji xəstəliklərlə mübarizədə nailiyyətlərimiz var. Təşkil edilən forum uğurlarımızı göstərməyə şərait yaradır”, - deyə E.İbrahimov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video