06 Oktyabr 2018 14:21
251
DÜNYA
A- A+

Tunisdə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı


Tunis Prezidenti Beci Qaid Sebsi fövqəladə vəziyyət rejimini daha bir ay müddətinə uzatmaq qərarına gəlmişdir. Bu barədə dövlət başçısının dəftərxanası məlumat vermişdir.
Məlumatda deyilir ki, hökumət başçısı və parlament ilə keçirilmiş məsləhətləşmələrdən sonra Prezident oktyabrın 8-dən başlayaraq bir ay müddətinə ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejimini uzatmaq barədə qərar qəbul etmişdir.
Bu qərar fövqəladə vəziyyət rejiminin müddətinin bitməsi ilə bağlı qəbul olunmuşdur. Belə ki, martın 12-də fövqəladə vəziyyət yeddi ay müddətinə uzadılmışdır.
Xatırladaq ki, Tunisdə fövqəladə vəziyyət rejimi 2015-ci ildən qüvvədədir. Həmin ilin iyun ayında Tunisin Sus əyalətindəki Kəntavi kurortunda törədilmiş terror aktı nəticəsində 40 nəfər həlak olmuşdur. Ölkənin paytaxtında Bardo Milli Muzeyi də hücuma məruz qalmışdır. Həmin ilin noyabrında isə intiharçı-terrorçu paytaxtda Prezident Qvardiyasının əməkdaşlarına hücum etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video