06 Oktyabr 2018 14:07
472
CƏMİYYƏT
A- A+

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində aparılmış auditin nəticələri müzakirə edilib


Hesablama Palatasının kollegiya iclasında 2017-ci il yanvarın 1-dən bu il iyulun 1-dək olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri müzakirə edilib.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə auditorun hesabatı təsdiqlənib.

Müvafiq məlumatlara əsasən dövlət büdcəsinin vəsaitləri hesabına sosial müavinətlərin və təqaüdlərin ödənilməsinə 2017-ci ildə 4829633,2 manat, 2018-ci ilin I yarısında isə 2716298,96 manat olmaqla ümumilikdə, 7545932,16 manat, ünvanlı dövlət sosial yardımının (ÜSY) ödənilməsi üzrə 2017-ci ildə 2274587,73 manat, 2018-ci ilin I yarısında isə 44256,95 manat olmaqla cəmi 2318844,68 manat vəsait sərf edilib.

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Zaqatala rayonu üzrə VEMTAS (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) vasitəsilə təyinat aparılmış 508 ailəyə ÜSY ödənilir.

VEMTAS-la ÜSY təyinatının araşdırılması məqsədilə təşkil edilmiş monitorinqlər zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından və yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkarlanmaması kimi nöqsanlara rast gəlinib.

Məcburi dövlət sosial sığorta haqları hesabına gəlirlərin proqnozlaşdırılması və icrası vəziyyəti araşdırılarkən müəyyənləşdirilib ki, 2017-ci ildə fond tərəfindən 4389300,0 manat həcmində təsdiq edilmiş proqnoz 89,5 faiz icra edilərək 3926925,19 manat vəsait yığılıb. Həmin vəsaitin 2384463,12 manatı və ya 60,7 faizi büdcə, 1542462,07 manatı və ya 39,3 faizi qeyri-büdcə sektorundan daxil olub, həmin sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 82,4 faiz və 103,1 faiz təşkil edib.

2018-ci ilin 6 ayı üzrə 2081800,0 manat məbləğində proqnoza qarşı 2033982,87 manat vəsait yığılıb, təsdiq olunmuş proqnoz 97,7 faiz icra edilib. Həmin vəsaitin 1242603,96 manatını və ya 61,1 faizini büdcə sektorundan, 791378,91 manatını və ya 38,9 faizini isə qeyri-büdcə sektorundan daxilolmalar təşkil edib, büdcə sektoru üzrə 1226900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 101,3 faiz, qeyri-büdcə sektoru üzrə 854900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 92,6 faiz icra edilib.

Audit nəticəsində hüquqi şəxslər və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının az hesablanması, bir sıra hallarda fiziki şəxslərlə hesablaşmaların onların fəaliyyət növü və yerinə uyğun aparılmaması və ya ümumiyyətlə aparılmaması kimi nöqsanlara rast gəlinib, debitor borcların aradan qaldırılması istiqamətində şöbə tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən tam istifadə edilməyib, qaldırılmış iddia məbləğinin təmin olunmasından sonra da vəsaitlərin tam ödənilməsi təmin edilməyib, ödənilmiş vəsaitlərin vətəndaşların fərdi hesablarına işlənilməsində nöqsanlar olub, sanatoriya-kurort yollayışlarının satılması (verilməsi) fəaliyyəti üzərində qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirləri həyata keçirilməyib.

Audit olunan dövrdə yeni pensiya təyinatlarının 263 ədədi (29,2 faizi) üzrə sığorta stajına dair hüquqi fakt Zaqatala Rayon Məhkəməsi tərəfindən müəyyən olunub, 23 pensiya işi üzrə (2,6 faizi) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən şöbəyə həvalə olunub.

Audit nəticəsində pensiya təyinatı və ödənişi sahəsində vətəndaşların sosial sığorta stajlarının düzgün nəzərə alınmaması, pensiyanın sığorta hissəsinin düzgün hesablanmaması, pensiyanın onu almaq hüququ olan ailə üzvlərinə düşən hissəsinin və pensiyaya əlavələrin düzgün hesablanmaması, işləyən əlil pensiyaçılara pensiyanın tam məbləğdə ödənilməsi kimi nöqsanlara yol verildiyi aşkarlanıb.

Təqdim edilmiş sənədlərə əsasən şöbədə keçirilmiş satınalma prosedurları zamanı bir sıra hallarda müvafiq qanunvericiliyin tələblərinə əməl edilməyib, satınalma üzrə müvafiq mətbuat orqanlarında elan və məlumat yerləşdirilməsi işi zəruri qaydada aparılmayıb, işlərin sənədləşdirilmiş icra göstəriciləri ilə faktiki icra göstəriciləri arasında fərqlər olub.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə nazirliyə və şöbəyə kollegiya qərarının surəti, Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müvafiq satınalma prosedurları üzrə auditin nəticələrinə dair aktdan çıxarış və müvafiq təsdiqedici sənədlərin surətləri göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video