03:08 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müasir texnika və texnologiya daha çox və daha keyfiyyətli məhsul deməkdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 06.10.2018


Prezident İlham ƏLİYEV: "Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir”


Məlumdur ki, həyata keçirilən genişmiqyaslı islahatların əsas məqsədi ölkənin ümumi inkişafına nail olmaqdır. Bunu isə indiki dövrdə yalnız qeyri-neft sektorunun inkişafı hesabına əldə etmək mümkündür. Hətta Azərbaycanda neft sənayesi iqtisadiyyatın əsasını təşkil etsə də, ümumi inkişaf üçün bütün sahələrin inkişafı vacibdir.

Kənd təsərrüfatı qeyri-neft sektorunda coğrafiyasına və əhalinin məşğulluğunun əhatəsinə görə üstünlük təşkil edir. Bunun üçün də dövlət son dövrlər aqrar sektorun inkişafına xüsusi diqqət göstərir. Kənd təsərrüfatında hərtərəfli islahatlar həyata keçirilir, fermerlərə dövlət dəstəyi artırılır, o cümlədən güzəştli kreditlər ayrılarkən aqrar sahədə çalışan sahibkarlara üstünlük verilir.

Müasir dünyada aqrar sektorda yüksək məhsuldarlığa nail olmaq üçün qabaqcıl texnika və texnologiyalardan istifadə edilir. Bir çox ölkələr bunun sayəsində torpaq sahələrinin məhdudluğuna və iqlim şəraitinin kənd təsərrüfatı üçün yararsız olmasına baxmayaraq, yüksək məhsuldarlığa nail olurlar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sektorda yüksək texnika və texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edərək demişdir: "Bir daha demək istəyirəm ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik”.

Qeyd edək ki, son dövrlər ölkəyə yüksək keyfiyyətli müasir, iqtisadi cəhətdən səmərəli və itkisiz məhsul yığan texnika gətirilib. Təkcə keçən il 10 min ədəd yüksək səviyyəli texnika alınıb, cari ildə isə daha 5 min texnikanın alınması üçün dövlət büdcəsindən 160 milyon manat vəsait ayrılıb. Artıq bu texnikaların istismarı hesabına aqrar sektorda istər bitkiçilik, istərsə də heyvandarlıq sahələri üzrə məhsuldarlıq xeyli artıb.

Yüksək texnika və texnologiyalardan daha çox aqroparklarda istifadə olunur. Aqroparklar kənd təsərrüfatında iri istehsal, emal və logistik imkanlara malik sahibkarlıq növüdür. Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələrində aqroparklar sürətlə inkişaf edir. Aqroparklarda rentabellinin yüksək olması investorları da özünə cəlb edir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində banklar və qeyri-kənd təsərrüfatı sahəsində bizneslə məşğul olan sahibkarlar aqroparklara yüksək məbləğdə investisiya qoyurlar. Yeri gəlmişkən qeyd edək ki, bunun bir səbəbi də dünyada ərzaq məhsullarına tələbatın artması və onun qiymətinin yüksəlməsidir. Çünki əhali sürətlə artır, əkinçilik üçün yararlı torpaqlar isə düzgün istismar olunmadığı üçün tədricən sıradan çıxır. Bu, bir-birinə zidd olan belə məqamlar son nəticədə ərzaq məhsullarına tələbatı artırır, təklifin yüksək olması qiymətin artımına səbəb olur.

Ölkəmizdə də aqroparkların yaradılmasına dövlət səviyyəsində xüsusi qayğı var. Hazırda 30 rayonda 192 min hektar sahəyə malik 45 aqroparkın yaradılması layihəsi həyata keçirilir. Ümumi dəyəri 1 milyard manatdan çox olan aqroparklarda zəruri infrastrukturun yaradılmasına indiyədək 207 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Bundan əlavə, 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Aqroparklarda 4-də birinci mərhələ üzrə işlər başa çatdırılıb. İlin sonunadək 14 aqropark istifadəyə veriləcək. Digər aqroparkların da tikilməsi istiqamətində işlər davam edir.

Son dövrlər aqrar sektora göstərilən dövlət dəstəyinin səmərəsi məhsul istehsalında və ixracında özünü göstərir. Məsələn, cari ilin yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında kənd təsərrüfatı məhsullarının çəkisi digərlərinə nisbətən daha çox olub. Bu dövrdə yalnız 144 milyon dollarlıq pomidor ixrac edilib. Ümumilikdə meyvə-tərəvəz ixracı isə 101 milyon dollarlığı keçib. Həmin dövrdə 45 milyon dollarlıq pambıq lifi, 12 milyon dollarlıq pambıq ipliyi də ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə pambıq ipliyinin ixracı 32, meyvə-tərəvəzin ixracı 19 faiz artıb.

Kəmiyyətlə bərabər, kənd təsərrüfatı məhsullarının keyfiyyəti də artır. Məhz bunun nəticəsidir ki, bizim məhsullar Avropa bazarında özünə alıcı tapmaqda çətinlik çəkmir. Təkcə fındığın 25 ölkəyə ixrac olunması bunu təsdiqləyir. Amma məhsullarımızın keyfiyyəti, ekoloji cəhətdən təmizliyi bir yana, bütün hallarda belə nailiyyətlərin əldə edilməsinin əsas səbəbi dövlət tərəfindən aqrar sektora investisiyaların qoyulması və fermerlərin dəstəklənməsidir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM