06 Oktyabr 2018 00:42
683
Təhsil
A- A+

Xızıda müəllimlərlə görüş


Oktyabrın 5-də Xızı rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Şuraabad qəsəbə tam orta məktəbində Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovun təhsil işçiləri ilə görüşü keçirilib.

Görüşdə Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov, rayon təhsil şöbəsinin müdiri Oqtay Abdullayev, Şuraabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə İlham İsgəndərov, Xızı Rayon Təhsil Şöbəsinin təmsilçisi İman Ağayev, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Fondun Xızı rayonu üzrə nümayəndəsi Xatirə Haşımzadə, müəllim və məktəblilər, rəsmi qurumların əməkdaşları iştirak ediblər.

A.Əzizov Bilik Fondunun nümayəndələrini salamlayaraq maarifləndirici layihələrin həyata keçirilməsində əməkdaşlığın faydasından bəhs edib. Bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, dövlətə, cəmiyyətə xeyirli, savadlı kadr olaraq formalaşmasında hərtərəfli maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var, Bilik Fondunun fəaliyyəti də bu baxımdan təqdirəlayiqdir.

Tədbirdə Fondun icraçı direktoru O.Səmədovun "Maarifçilik missiyamızdır” mövzusunda mühazirəsi dinlənilib. O, ulu öndər Heydər Əliyevin "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır” fikirlərini xatırladaraq, dövlətin təhsilə xüsusi qayğı göstərdiyini faktlarla diqqətə çatdırıb.

Rəhbərlik etdiyi Bilik Fondunun təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən söz açan icraçı direktor Xızı məktəblilərini, müəllmlərini bu layihələrdə daha yaxından iştirak etməyə çağırıb.

Ümummilli liderin siyasətini cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini deyən O.Səmədov yüzlərlə yeni məktəblərin tikildiyini, təmir olunduğunu, təhsil ocaqlarının dünya standartları səviyyəsinə çatdırıldığını, maddi-texniki bazanın möhkəmləndiyini, informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının təsdiqləndiyini diqqətə çatdırıb.

Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan təhsil islahatları, Bilik Fondunun Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr barədə iştirakçılarla fikir mübadiləsi aparılıb.

Sonda rayonun bir qrup fəal təhsil işçisinə Fondun "Təşəkkürnamə”ləri, məktəbə kitab hədiyyələri təqdim olunub.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video