Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:21 11 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
18:20 11.12.2018 İrlandiyada vergi sistemi
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib
“Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:38 06.10.2018


Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ambassador” mehmanxanasında "Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbiri açaraq, ölkədə dini maarifləndirmə, ekstremizm əleyhinə təbliğat istiqamətində görülən işlərdən danışıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev "Dini ekstremizmə qarşı mübarizə islami dəyərlərin mühafizəsinin təminatı kimi” mövzusunda mühazirə ilə çıxış edərək milli-mənəvi dəyərlərin, o cümlədən, ənənəvi islami dəyərlərin mühafizəsinin konstitusiyon-hüquqi əsaslarını diqqətə çatdırıb, "Dini ekstremizmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını şərh edib. İslam dininə aid ayin və mərasimlərin aparılması hüququnun Azərbaycan vətəndaşlarına mənsub olduğunu xatırladan aparat rəhbəri xaricdə dini təhsil almış vətəndaşların bu qəbildən olan tədbirlərdə iştirakının Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra mümkün olduğunu vurğulayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Bilik Fondunun Lektorlar Qrupunun üzvü Nahid Məmmədov "Dini ekstremizmə qarşı mübarizə milli-mənəvi dəyərlər kontekstində” mövzusunda mühazirə söyləyib. Mühazirəçi bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri bütün növ ekstremizmə qarşıdır. Dəyərlərin bəzi məkrli insanlar tərəfindən təhrif olunması çaşqınlıq yaradır. İslam dini zorakılığı, başqalarının azadlığını pozmaq cəhdlərini qəbul etmir. İslam sülhsevər dindir, onun daşıyıcıları da sülhpərvər insanlardır. Ölkəmizdə dinlə dövlət ayrı olsa da, bir-birinə daim dəstək olub. Məhz bu baxımdan Azərbaycan multikulturalizmi dünyaya nümunədir.

N.Məmmədov gəncləri aqressiv münasibət sərgiləməkdən çəkinməyə və daim sağlam bilgilər əldə etməyə çağırıb.

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM