06 Oktyabr 2018 00:36
228
CƏMİYYƏT
A- A+

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirlər davam etdirilir.

30 sentyabr 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunmuşdur. Həmin tarixdə saat 03:10 radələrində alınmış əməliyyat məlumatı əsasında DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı-Arus kəndi istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, "VAZ-2107” markalı 90-BB-979 və "Mercedes” markalı 90-BK-471 dövlət qeydiyyat nömrə nişanlı avtomobillər baxış keçirilməsi üçün saxlanılmışdır.

Saxlama zamanı "Mercedes” markalı avtomobil tabesizlik göstərmiş və Masallı rayon istiqamətində hərəkət edərək 1 kq narkotik maddəni əraziyə atmışdır. Qarşılıqlı əlaqədə olan Masallı rayonu polis şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılmış, avtomobildə olan 1 nəfər şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq meşəlik əraziyə qaçmışdır.

Əraziyə və avtomobillərə baxış zamanı 8600 qram "heroin” və "tiryəkə” bənzər narkotik maddə aşkar olunmuşdur. Saxlanılmış vətəndaşların şəxsiyyətləri dəqiqləşdirilmiş, onların Yardımlı rayon sakinləri 1974-cü il təvəllüdlü Habil Yaşılxan oğlu Şirbəyev, 1983-cü il təvəllüdlü Zaur Camalxan oğlu Qurbanov və Salyan rayon sakini 1993-cü il təvəllüdlü Malik İlyas oğlu Ağayev olmaları müəyyən edilmişdir. Hadisə yerindən qaçmış 4-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə əlaqədar DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video