05 Oktyabr 2018 19:17
645
Təhsil
A- A+

Beynəlxalq forumun iştirakçıları Bakı Dövlət Universitetində olublar


Bakıda "Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçıları oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) olublar.

AZƏRTACxəbər verir ki, əvvəlcə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Moskva şəhərinin ictimai və regionlararası əlaqələr komitəsinin sədr müavini, professor Yuriy Qoryaçov və Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin ilə görüşüb. Görüşdə BDU-nun beynəlxalq əlaqələrindən danışan A.Məhərrəmov ali təhsil ocağının Rusiyanın bir sıra nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Eyni zamanda, uzun illərdir universitetdə Rus Mərkəzinin fəaliyyət göstərdiyini deyən Abel Məhərrəmov rus dili və mədəniyyətinin təbliği, tədrisi istiqamətində görülən layihələrdən danışıb.

Forumun əhəmiyyətindən danışan Yuriy Qoryaçov tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan və digər ölkələrin təhsil müəssisələrinin rəhbərlərinin və professor-müəllim heyətlərinin iştirakını yüksək dəyərləndirib.

Görüşün sonunda rektor A.Məhərrəmova "Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” forumunun və Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin VIII konfransının keçirilməsinə göstərdiyi köməyə görə təşəkkürnamə təqdim olunub.

Sonra forum iştirakçıları BDU-nun nəzdində fəaliyyət göstərən Rus Mərkəzində bu ali təhsil ocağının rus dili kafedralarının müəllimləri ilə görüşüblər. Qonaqlara Rus Mərkəzinin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq rus mədəniyyətinin təbliği ilə bağlı tədbirlər, tələbələr üçün ödənişsiz rus dili kursları təşkil olunur. Tələbələrin mərkəzin Rusiyanın Azərbaycandakı səfirliyi və rus icmaları tərəfindən təmin edilən zəngin kitabxanasından istifadəsinə şərait yaradılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video