05 Oktyabr 2018 19:01
539
Təhsil
A- A+

Stefaniya Giannini: Azərbaycan UNESCO-da fəal ölkələrdən biridir


Parisdə Bakı şəhərinin "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən təhsil naziri Ceyhun Bayramov UNESCO baş direktorunun təhsil məsələləri üzrə yeni təyin olunmuş müavini Stefaniya Giannini ilə görüşüb.

AZƏRTACxəbər verir ki, görüşdə Ceyhun Bayramov Azərbaycanın bu təşkilatla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Nazir ölkəmizdə təhsil sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat verib və bu sahədə əməkdaşlığın əhəmiyyətinə toxunub. Diqqətə çatdırıb ki, Azərbaycanda təhsil üzrə Dövlət Proqramı və Milli Strategiya qəbul edilib. Ceyhun Bayramov, həmçinin erkən yaş təhsili və texniki peşə təhsilində aparılan islahatlardan və qəbul edilən hüquqi sənədlərdən söz açıb.

Tərəflər müvafiq sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Stefaniya Giannini Azərbaycanın UNESCO-da fəallığını vurğulayaraq, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin təqdirəlayiq olduğunu söyləyib.

Azərbaycana səfərə dəvət olunan Stefaniya Giannini bunu məmnuniyyətlə qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video