Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

14:46 19 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:55 19.12.2018 Eviniz abad olsun
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dağlıq Qarabağ problemi Ali Baş Komandanın rəhbərliyi ilə həll olunacaq
Dağlıq Qarabağ problemi Ali Baş Komandanın rəhbərliyi ilə həll olunacaq
ANA SƏHİFƏ / PARLAMENT
16:30 05.10.2018


Oktyabrın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində və Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə (birinci oxunuş) məlumat verdi. Bildirildi ki, məcəllələrə nəzərdə tutulan dəyişikliklər "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli qanununun icrası ilə əlaqədardır.
Müzakirələr zamanı söz alan deputat Aydın Mirzəzadə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırdı. Sonra qanun layihələri səsə qoyularaq təsdiq olundu.
Gündəlikdəki Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında (birinci oxunuş) və "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (birinci oxunuş) qanun layihələri də təsdiq olundu. Qanun layihələrində təklif olunan dəyişikliklərdə məqsəd Mülki Məcəllə ilə "Banklar haqqında” qanun arasında olan ziddiyyətlərin aradan qaldırılmasıdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında (birinci oxunuş) və "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirəyə təqdim etdi. Bildirildi ki, dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılması, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Qanun layihələri qəbul edildi.
Müzakirələr zamanı Siyavuş Novruzov dedi ki, son vaxtlar bir qrup insan Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağdan sui-istifadəyə cəhd edən insanların bu məsələni ortaya atmaları, erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlıq yaradır. Dağlıq Qarabağ məsələsinin hər zaman diqqətdə saxlanıldığını deyən S.Novruzov vurğuladı ki, Azərbaycan Prezidenti bu istiqamətdə işlər görür: "Bütün beynəlxalq təşkilatların kürsüsündən nəinki işğal olunmuş ərazilərimiz, eyni zamanda vaxtilə Azərbaycana aid olan torpaqlarla bağlı həqiqətlər dünyaya çatdırılır. Azərbaycan Prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istərsə də regionlara səfərləri zamanı hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində ölkə rəhbərinə yenidən yekdilliklə səs verərək bu hüququn yalnız Prezidentə aid olduğunu təsdiqlədi. Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində iş Prezident tərəfindən davam etdirilir”.
Siyavuş Novruzov bildirdi ki, Azərbaycan ordunun gücləndirilməsində də bu məsələyə hazırlığını sübut edir: "Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu həmişə bəyan edib, amma sülh olmadığı təqdirdə hərbi yola əl atacağını da hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək onları mənəvi terrorla üz-üzə qoyurlar”.
S.Novruzov qeyd etdi ki, Dağlıq Qarabağ problemi Ali Baş Komandanın rəhbərliyi ilə həll olunacaq: "Dövlət problemin sülh yolu ilə həllinə çalışır, olmayacağı təqdirdə hərbi yola əl atacaq. Görəsən, indi etiraz edənlər bu müharibədə iştirak edəcəklərmi? O mitinqi edənlərin övladları gəlib orada döyuşəcəklərmi? Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, belələri üçün əsas şərt oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da, həmin insanları baykot edir. Çünki məhz həmin insanların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər.
Deputat Bəxtiyar Əliyev dedi ki, Dağlıq Qarabağla bağlı mövqe vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən düzgün müəyyən edilib. Bildirdi ki, vaxtilə parlamentdə ümummilli lider bütün siyasi qüvvələrə müraciət edərək onların Dağlıq Qarabağla bağlı müzakirəyə çağırdı. Amma bəziləri o zaman gəlmədilər, öz mövqelərini bildirmədilər, bu gün isə ayrı-ayrı yerlərdən səsləri gəlir. Deputat qeyd etdi ki, Prezident İlham Əliyev vaxtilə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəndə bu siyasəti çox açıq, aydın, israrla davam etdirirdi. "Bu siyasət nəticəsində 2005-ci ildə Avropa Şurasında çox ciddi qətnamə qəbul edildi. Sənəddə qeyd olundu ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib, bu gün Dağlıq Qarabağ bir qrup separatçının əlindədir, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilib. Budur, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət. Amma gəlin görək, başqaları ortaya nə qoyublar. Heç olmasa, bir parça kağız gətirsinlər ki, bu məsələni hansısa bir qeyri-hökumət təşkilatı ilə beynəlxalq aləmdə müzakirə ediblər və hansısa sənədin qəbuluna nail olublar”.
Bəxtiyar Əliyev bildirdi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir: "Ərazilərimizin işğaldan azad edilməsi istiqamətində aparılan işlər də sübut edir ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, ancaq bu alınmazsa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad ediləcək”.
Deputat Fəzail Ağamalı isə dedi ki, hər birimiz Prezidentlə, dövlətimizlə birgə olub öz mövqeyimizi bildirməliyik və belə avantürist hərəkətlərə qarşı çıxmalıyıq.
Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (birinci oxunuş) məlumat verdi. Dəyişikliklər lotereyaların, o cümlədən elektron lotereyaların təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin, bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsini, lotereyalar təşkilatçısının təsisçisinə dair tələblərin, lotereyalarda iştirak edən şəxslərin yaş məhdudiyyətinə dair müddəaların qanuna daxil edilməsini, elektron lotereyaların dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Qanun layihəsi təsdiqləndi.
İclasda daha sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında (birinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarıldı. Hər iki layihə barədə komitə sədri Əli Hüseynli danışdı. Dəyişikliklər yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasına görə cinayət və inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutur. Qısa müzakirədən sonra layihələr təsdiq olundu.
Deputatlar "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinə də (birinci oxunuş) müsbət münasibət bildirdilər. Dəyişiklik dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi ilə bağlıdır.
Qanun layihəsi təsdiq olundu.
Komitə sədri Əli Hüseynli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanununun layihəsi haqqında (birinci oxunuş) məlumat verdi. Qeyd etdi ki, layihə "Doing Business 2018” hesabatının "Biznesə başlama” indikatoru üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması, hüquqi şəxslərin qeydiyyatı zamanı qanuni təmsilçi barədə qeydiyyat orqanına yanlış məlumatların verilməsinin qarşısının alınması məqsədi ilə hazırlanıb.
Qanun layihəsi təsdiq olundu.
İclasda "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də müzakirə edildi. Layihəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.
Qanun layihəsi təsdiq olundu.
"Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) isə diplomatik pasport daşıyan vətəndaşların əhatə dairəsini genişləndirir. Belə ki, dəyişikliklərə əsasən Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı nümayəndələrinə diplomatik pasport veriləcək.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomatik pasportların verilməsini təklif etdi. Deputat Elmira Axundova isə səlahiyyət müddəti başa çatan deputatlara da diplomatik pasport verilməsi təklifi ilə çıxış etdi. Lakin bu təklif kimi qaldı.
Layihə səsə qoyularaq təsdiqləndi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı bildirildi ki, dəyişikliklər texnikidir və uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, Məcəllənin 213-cü maddəsinin adında dəyişiklik edilərək "Vergi ödəməkdən yayınma” sözləri "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” sözləri ilə əvəz olunur.
Layihə təsdiq olundu.
İclasda son olaraq "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (birinci oxunuş), "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihələri müzakirə edildi. Layihələrlə bağlı komitə sədrləri Əli Hüseynli və Arif Rəhimzadə məlumat verdilər.
Müzakirələr zamanı deputatlardan Siyavuş Novruzov, Fazil Mustafa, Qənirə Paşayeva və İlham Əliyev bələdiyyələrin maliyyəsi ilə bağlı təkliflərini bildirdilər.
Qanun layihələri təsdiq olundu.
Qeyd edək ki, iclasda deputatlardan Zahid Oruc, Tahir Kərimli, Şahin İsmayılov, Kamran Nəbizadə, Məlahət İbrahimqızı və Xanhüseyn Kazımlı cari məsələlərlə bağlı fikirlərini bildirdilər.
Deputat Çingiz Qənizadə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin müavini Konstantin Zatulinin açıqlamasına münasibət bildirdi. Qeyd etdi ki, K.Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Ç.Qənizadə Duma komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqe nümayiş etdirməsinin qəbuledilməz olduğunu deyib: "Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edir ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdə əks olunduğu kimi deyil”.
Çingiz Qənizadənin sözlərinə görə, K.Zatulin kiminsə şəxsi fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb: "Təbii ki, biz bunu qətiyyətlə pisləyirik”.
Ç. Qənizadə K.Zatulinin ermənilərə bağlı olmasına da diqqət çəkib: "Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə keçirilən "parlament seçkiləri”ndə iştirak edib və həmin şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər” siyahısına daxil edilib”.

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM