Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:56 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib
Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib
ANA SƏHİFƏ / İDMAN
07:04 05.10.2018

Oktyabrın 4-də Ağdamın "Qarabağ" komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun "Arsenal” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qonaqlar 0:3 hesabı ilə qalib gəliblər.
Qonaqlar hesabı erkən qolla açıblar. Qarşılaşmanın 4-cü dəqiqəsində "Arsenal" klubunun heyətində Naço Monrealın künc ötürməsini Sokratis Papastathopoulos dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra ilk dəqiqələrdən irəli atılan ağdamlılar rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsa da, istəklərinə çata bilməyiblər. Matçın 53-cü dəqiqəsində qonaqlar hesab arasındakı fərqi iki topa çatdırıblar. Qapıçı ilə təkbətək qalan Emil Smit Rove fürsəti əldən verməyib - 0:2.
Görüşün başa çatmasına 10 dəqiqə qalmış "Arsenal" klubu yenidən fərqlənib. Matteo Qenduzi adını tabloya yazdırıb - 0:3. Görüş bu hesabla da başa çatıb.
E qrupunun digər oyunu Ukraynada oynanılıb. "Vorskla” klubu doğma meydanda Portuqaliyanın "Sportinq” komandasına 1:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, ilk turda "Arsenal” "Vorskla”nı (4:2), "Sportinq” isə "Qarabağ” klubunu (2:0) məğlub etmişdi.