05 Oktyabr 2018 01:11
1157
CƏMİYYƏT
A- A+

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib


Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış "Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi oktyabrın 4-də Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Paytaxtın Xətai rayonundakı idman-əyləncə park kompleksində "Azərcell Telekom” şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbirdə heyvan hüquqlarının müdafiəçiləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, müxtəlif məktəblərdən şagirdlər və tələbələr iştirak ediblər.

İştirakçılar Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində görülən tədbirlərlə tanış olublar.

Park ərazisində müxtəlif əyləncə və maarifləndirici zonalar yaradılıb. Ziyarətçilər xidməti itlərin və dekorativ itlərin şousunu izləyib, kiçik zooparkda heyvanlarla yaxından tanış ola biliblər. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Kukla teatrlarının çıxışları, sirk tamaşası, uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar, estafetlər, yarışlar və digər əyləncələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə layihə çərçivəsində bir sıra tədbirlərin reallaşdırılmasına başlanılıb. Hazırda Balaxanıda yerləşən Sanitariya İdarəsində yenidənqurma işləri aparılır. Balaxanı qəsəbəsində inşa olunacaq "Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz olunacaq. Burada fəaliyyət göstərəcək kadrlara xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçiriləcək. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Layihə müddətində bir sıra maarifləndirmə işləri də aparılacaq. Maarifləndirmə işləri çərçivəsində heyvanlarla bağlı müxtəlif sosial tədbirlərin, sərgilərin təşkili, animasiya filmlərinin çəkilməsi, sosial videoçarxların, bilbordların, elektron təqdimatların hazırlanması nəzərdə tutulur.

Heyvanların Beynəlxalq Müdafiəsi Günündə idman-əyləncə park kompleksində təşkil olunan əyləncə proqramından sonra uşaqlar Leyla Əliyeva ilə birlikdə Heydər Əliyev Mərkəzindəki "Live Life” ("Canlı həyat”) sərgisini də izləyiblər.

Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Ekspozisiya ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video