04 Oktyabr 2018 17:28
257
DÜNYA
A- A+

Yunanlar Makedoniyanın yeni adından narazıdırlar


Yunanların 72 faizi Yunanıstanın Makedoniya ilə bağladığı sazişdən narazıdır. Sazişə görə, Balkan ölkəsini "Şimali Makedoniya Respublikası” adlandırmaq təklif olunur.

"İntervyu” sosioloji şirkətinin Yunanıstanın "Vergina” telekanalı üçün keçirdiyi sorğuya əsasən, yunanların 72 faizi Skopyedə keçirilmiş referendumdan sonra Yunanıstanın Makedoniya ilə imzaladığı sazişdən imtina etməsini istəyirlər. Eyni zamanda Yunanıstan sakinlərinin 68 faizi ölkədə bu məsələ üzrə referendum keçirməyə çağırır.

Makedoniya ilə Yunanıstan arasında keçmiş Yuqoslaviya respublikasının adı ilə bağlı mübahisə 25 ildir səngimirdi. Belə ki, Yunanıstanda da Makedoniya adlı vilayət var. Afina qonşu ölkənin adının dəyişdirilməsini istəyir, Skopyenin Avropa İttifaqına və NATO-ya üzv olmasına qarşı çıxırdı. Bu il iyunun 17-də Yunanıstan və Makedoniyanın xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrovun imzaladığı sazişə əsasən, keçmiş Yuqoslaviya respublikası "Şimali Makedoniya Respublikası” adlanacaq.

Ötən bazar günü Makedoniyada ölkənin adının dəyişdirilməsi barədə referendum keçirilmişdir. Seçki komissiyasının sədri Oliver Derkoskinin dediyinə görə, səslər sayıldıqdan sonra ümumxalq səsverməsinin baş tutmadığı məlum olmuşdur. Belə ki, referendumda lazımi sayda seçici iştirak etməmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video