04 Oktyabr 2018 17:28
196
DÜNYA
A- A+

Dvorkoviç FİDE-nin prezidenti seçildi


Rusiya hökuməti başçısının keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti seçilmişdir. Səsvermə Gürcüstanın Batumi şəhərində keçirilmişdir. FİDE-nin konqresində Dvorkoviç 103 səs, onun əsas rəqibi, təşkilatın vitse-prezidenti, yunanıstanlı Georgios Makropulos isə 78 səs toplamışdır.

Bu vəzifədə təşkilata 1995-ci ildən başçılıq edən Kirsan İlümjinovu əvəzləmiş Dvorkoviç FİDE-nin yeddinci prezidenti olmuşdur. O, federasiyada islahatlar keçirəcəyini bildirmişdir.

SOCAR Energy Georgia şirkətinin başçısı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, Suriya mənşəli fransız Bəşşar Kuatli və perulu qrossmeyster Xulio Qranda Sunyiqa FİDE prezidentinin müavinləri təyin olunmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video