Alternative content

14:03 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib YENİLƏNIB
ANA SƏHİFƏ / Qəbullar
16:49 04.10.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Pol Fitzpatrik Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsi ilə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd etdi ki, biz bu günə kimi Roma Papası Fransiskin Azərbaycana səfərinin təəssüratı altındayıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikana səfərini məmnunluqla xatırladı. Roma Papası Fransiskin ölkəmizə səfərini tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşünün önəmini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, bu yaxınlarda Roma Papası Fransiskin xanım Mehriban Əliyevanı qəbul etdiyinə görə minnətdarlığını çatdırdı və qeyd etdi ki, bu görüş xanım Mehriban Əliyevada dərin təəssürat hissi yaradıb. Prezident İlham Əliyev salamlarını və ən xoş arzularını Roma Papası Fransiskə çatdırmağı xahiş etdi. Münasibətlərimizin yaxşı tarixə malik olduğunu və bir çox sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, mədəniyyət sahəsindəki əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır və bu əməkdaşlığımız həm ikitərəfli münasibətlərin yaxşı əlamətidir, eyni zamanda, mədəniyyətlərarası və sivilizasiyalararası qlobal prosesin mühüm elementlərindən biridir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və əminik ki, əlaqələrimiz bundan sonra da möhkəmlənəcək. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəaliyyəti müddətində münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən arxiyepiskop Pol Fitzpatrik Rassel Vatikan ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğuladı. O, bir neçə həftə bundan əvvəl Roma Papası Fransisklə görüşdüyünü qeyd edərək bildirdi ki, həmin görüş zamanı Papa Fransisk Azərbaycana səfərini məmnunluqla xatırladı və eyni zamanda, xoş hisslərlə xanım Mehriban Əliyevanın səfərini gözlədiklərini qeyd etdi.
Dövlətimizin başçısı bildirdi ki, xanım Mehriban Əliyeva Papa Fransisklə görüşünün çox səmimi və dostluq şəraitində keçdiyini deyib. Prezident İlham Əliyev bunun əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər.
Arxiyepiskop Pol Fitzpatrik Rassel Prezident İlham Əliyevin fikirlərinə tam şərik olduğunu bildirərək, öz növbəsində, qeyd etdi ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında, bir nümunədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM