Alternative content

08:14 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhriyar Məmmədyarov URS reytinqində dünya üzrə ilk onluqdadır
Şəhriyar Məmmədyarov URS reytinqində dünya üzrə ilk onluqdadır
ANA SƏHİFƏ / İDMAN
16:39 04.10.2018

1 oktyabr 2018-ci il üçün URS - "Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq dərc edilib. Bu reytinqdə klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.

AZƏRTAC xəbər verir ki, reytinq əmsalı 2796 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya üzrə ilk onluqda 4-cü yerdədir. İlk onluqda birinci 3 yeri Norveç nümayəndəsi Maqnus Karlsen (2864), Amerika təmsilçisi Hikaru Nakamura (2809) və fransız Maksim Vaşye-Laqrav (2800) tutur.

Azərbaycan şahmatçılarından daha 5 nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur Rəcəbov (2748) – 19-cu, Rauf Məmmədov (2728) – 28-ci, Qədir Hüseynov (2712) – 41-ci, Eltac Səfərli (2701) – 48-ci və Arkadi Naydiç (2692) – 59-cu yerdədir.