Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:22 12 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:40 12.12.2018 40 ilin müəssisəsi
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Made in Azerbaijan”- tələbat artır, sifariş çoxalır
“Made in Azerbaijan”- tələbat artır, sifariş çoxalır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:38 04.10.2018

Azərbaycan brendinin dünyada şöhrəti artdıqca ixrac coğrafiyası daha da genişlənir


Azərbaycanda uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, "Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və ixracının təşviqidir.
Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanır və ixrac coğrafiyası hər keçən gün daha da genişlənir. Xarici ölkələrə təşkil edilən ixrac missiyalarının uğurlu fəaliyyəti sayəsində həm tərəfdaşların sayı, həm də ixrac edilən məhsulların həcmi, çeşidi də çoxalır. Azərbaycanın xaricdəki ticarət evlərinin sayı getdikcə artır.


Azərbaycanın MDB məkanında ən böyük ticarət tərəfdaşı Rusiyadır


Bu ilin son səkkiz ayında Azərbaycan məhsullarının xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün atılan praktik addımlara nəzər yetirsək, aydın şəkildə görərik ki, bu tədbirlər artıq öz müsbət nəticəsini verməkdədir. Məsələn, 8 ayda Azərbaycandan MDB ölkələrinə 682 milyon 850 min dollar dəyərində məhsul ixrac edilib. MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 710 milyon 601 min dollar olub.
MDB ölkələri içərisində Azərbaycanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr həyata keçirilir. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyulub, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb. Azərbaycanda Rusiya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir.
Görülən işlərin nəticəsi olaraq, 2017-ci ildə Rusiyaya meyvə ixracı 20,9 faiz, tərəvəz ixracı isə 58,4 faiz artıb. Bu il də artım meyli davam edir. Belə ki, 2018-ci ilin birinci yarısında meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunub.
Azərbaycanla Rusiya arasında ticarət, investisiya, sənaye, energetika, aqrar, nəqliyyat və tranzit daşımaları, səhiyyə, gömrük, bankçılıq, idman, turizm və digər sahələr üzrə çoxşaxəli əməkdaşlıq həyata keçirilir.
Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiya Federasiyasında yaradılması iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malikdir. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evləri fəaliyyətə başlayacaq. Bu il həmçinin Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan şərab evlərinin açılması planlaşdırılır.


Avropa İttifaqı ölkələri - 8 aya 7 milyard dollarlıq ixrac


Bu ilin 8 ayında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 7 milyard 57 milyon 446 min dollar dəyərində məhsul ixrac edilib. Bu isə ötən ilin analoji dövrünə nisbətən 3 milyard 876 milyon 738 min dollar çoxdur. Bu müddət ərzində Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 529 milyon 91 min dollar olub. Göründüyü kimi, ixrac idxalı 6 milyard dollar həcmində üstələyir.
Sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılış mərasimində Prezident İlham Əliyev məhz bu məsələyə toxunaraq qeyd etmişdi ki, səkkiz ayın yekunları çox müsbətdir. Ölkədə ixrac əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı, 5 milyard dollar səviyyəsində üstələyir. Bütün bunlar isə Azərbaycanın dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim etdiyinin göstəricisidir.


Avropada "Made in Azerbaijan” brendi ən çox İtaliyada tanınır


Bu ilin səkkiz ayında Aİ ölkələrinə ixrac siyahısında ilk sırada İtaliya dayanıb. Sonra Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 573 milyon 120 min dollar, Türkiyəyə 1 milyard 83 milyon 358 min dollar, İsrailə isə 862 milyon 233 min dollar təşkil edib.
Xatırladaq ki, Avropa İttifaqı ölkələri sırasında İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 4,7 milyard dollardan çox olub. Bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin 20,91 faizinə bərabərdir. Ötən il ərzində ölkəmizdən İtaliyaya 4,4 milyard dollar dəyərində ixrac həyata keçirilib. İtaliyadan Azərbaycana idxal olunmuş məhsulların dəyəri isə 318 milyon dollar olub.
Bu göstəricilərə görə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac məntəqəsi və yeddinci böyük təchizatçısı (Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna və Almaniyadan sonra) kimi qərarlaşıb. İki ölkə arasında energetika sahəsində işbirliyi çox uğurla inkişaf edir. Hazırda ölkəmizdə 50-dən çox İtaliya şirkəti sənaye, tikinti, sığorta, nəqliyyat sahələrində fəaliyyət göstərir.


Ən çox ticarət dövriyyəsi - İtaliya, Türkiyə, Rusiya


Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya yer alıb. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 791 milyon 328 min dollar, Türkiyə ilə 2 milyard 85 milyon 896 min dollar, Rusiya ilə isə 1 milyard 477 milyon dollar olub.
Son statistikaya əsasən 8 ayda Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 19 milyard 743 milyon 395 min dollar olub. Yanvar-avqust aylarında Azərbaycan 315 milyon dollar dəyərində 340,9 milyon ton meyvə-tərəvəz ixrac edib. Eyni dövrdə ölkəyə 103,1 milyon dollarlıq 187,2 milyon ton meyvə-tərəvəz idxal olunub.
Bundan başqa, göstərilən müddətdə Azərbaycandan 130 min 166 ton kimya sənayesi məhsulları ixrac edilib. Bu məhsulların dəyəri isə 46 milyon 270 min dollar olub.


ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya yatırıb


İxrac coğrafiyasını genişləndirən Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında Amerika Birləşmiş Ştatları da xüsusi yer tutur. Sentyabrın 8-də iqtisadiyyat naziri Şahin Mustafayevin ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə keçirdiyi görüşdə səslənən fikirlərə əsasən deyə bilərik ki, Azərbaycanla ABŞ arasında iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir.
Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. 2018-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ölkəmizdə bir sıra layihələrin icrasına 350 milyon dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsində iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.


Çində ilk "Azərbaycan Ticarət Evi” açıldı


Azərbaycan sahibkarlarının il ərzində xarici ticarət tərəfdaşları ilə həyata keçirdikləri əməliyyatlara nəzər yetirsək görərik ki, səkkiz ayda ölkəmizin hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə məhsul ixrac edib, 162 ölkədən isə idxal daxil olunub.
Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin artması, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyətdədir. Bu sərgilərdə şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s. nümayiş olunur.
Sentyabrın 28-də isə Çində ilk "Azərbaycan Ticarət Evi”nin açılışı olub. Əlbəttə ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən Çində "Azərbaycan Ticarət Evi” iqtisadi-ticari əməkdaşlıqda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının bu ölkənin alıcılarına tanıdılması baxımından vacib rol oynayacaq.
Siçuan vilayətinin Lucou şəhərindəki Azad Ticarət Zonasında "Azərbaycan Ticarət Evi” məhsullarımızı təqdim etməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, turizm və nəqliyyat-logistika imkanlarına dair məlumatların geniş yayılmasına imkan yaradacaq.
"Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadratmetrdir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyinin və ticarət nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və "Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə açılan "Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabət qabiliyyəli məhsullar, o cümlədən müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər və s. nümayiş olunur.
Bundan başqa, "Ticarət Evi” Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.


İlin sonuna kimi Polşa və Qazaxıstanda da Azərbaycanın ticarət evləri açılacaq


Azərbaycan məhsullarının getdikcə ixrac coğrafiyasının genişlənməsi, ticari tərəfdaşlarının sayının hər keçən gün artması bir daha təsdiq edir ki, ölkədə qeyri-neft sektoru sürətli inkişaf mərhələsindədir. Azərbaycan hökuməti bu istiqamətdə müxtəlif layihələr həyata keçirməklə bu inkişafa təkan verir. Məsələn, xarici ölkələrdə ticarət evlərinin açılması Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və "Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlər bunun bariz nümunəsidir.
Əlbəttə ki, ticarət və şərab evlərinin açılması Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, ixracın və istehsalın stimullaşdırılması istiqamətində əhəmiyyətli rol oynayır. Bu tədbirlərin davamı olaraq bu ilin sonunadək Polşa və Qazaxıstanda da ticarət evlərinin açılması nəzərdə tutulur. Bu isə "Made in Azerbaijan”ın ixrac coğrafiyasının bir qədər də genişlənəcəyi deməkdir.


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM