Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:54 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik dostluq ənənələrinə, qarşılıqlı hörmətə əsaslanır
Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik dostluq ənənələrinə, qarşılıqlı hörmətə əsaslanır
ANA SƏHİFƏ / SİYASƏT
00:37 04.10.2018

Azərbaycan-Rusiya əlaqələri iki qardaş və qonşu ölkənin xalqlarının çoxəsrlik dostluq ənənələrinə, qarşılıqlı hörmətə əsaslanır. Hər iki xalqı bir-birinə bağlayan qırılmaz tellər dostluğun, möhkəm əlaqələrin rəmzi kimi insanların qəlbindən, ürəklərindən keçir.
Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu Azərbaycanın bir daha sülhə, beynəlxalq iqtisadi əməkdaşlığa sadiq olduğunu sübut edir. İki dövlət başçısının bu tədbirdə iştirakı isə forumun fəaliyyətinə verilən yüksək dəyərdir. 2010-cu ildən bəri hər il mütəmadi surətdə Bakıda keçirilən bu forum regionlararası əməkdaşlığa ciddi təkan vermişdir. Ümumilikdə iki dövlət başçısı mütəmadi görüşlər keçirir, ikitərəfli əlaqələrin bütün istiqamətlərdə dərinləşməsini təmin edən müqavilələr imzalanır. Dövlət başçılarının yalnız Soçi görüşündə əksər sahələri əhatə edən, perspektiv münasibətlərin inkişafını müəyyənləşdirən 16 sənəd imzalanmışdır. Rusiya Prezidenti son 5 il ərzində dördüncü dəfə Azərbaycanda olmuş, Azərbaycan Prezidenti isə qardaş ölkəyə mütəmadi səfərlər edir.
Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında ticari-iqtisadi əlaqələrin dinamik inkişafını, əmtəə dövriyyəsinin ildən-ilə artmasını, Rusiyanın ölkəmiz üçün idxalda bir nömrəli tərəfdaş olduğunu demişdir: "Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur. Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində "Rossneft” ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzaladıq. Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda "LUKoil” şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur. Elektroenergetika sahəsində bizim enerji sistemləri paralel rejimdə işləyir. Biz, mənim sentyabr səfərim çərçivəsində yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdik. Bu xəttin tikintisi elektrik mübadiləsini daha çox nizama salmağa və bu sahədə üçüncü ölkələrlə əlaqələri genişləndirməyə imkan verəcək”.
İki ölkənin birgə reallaşdırdığı "Şimal-Cənub” dəhlizi ilə ötən illə müqayisədə yükdaşımaların nəqli bu il 100 dəfədən çox artmışdır. Yalnız Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə keçirdiyi 50-dən artıq reyslər və Rusiyadan Azərbaycana təşkil edilən uçuşlar həm də iki xalqın getdikcə güclənən əlaqələrinin, artan ünsiyyətin bariz göstəricisidir. Bu ilin 9 ayı ərzində ölkəmizi 700 minədək rusiyalı ziyarət etmişdir.
İki dövlətin müxtəlif regionları arasında da dərin iqtisadi və humanitar əlaqələr inkişaf edir. Rusiya Federasiyasının 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları mövcuddur, qarşılıqlı ticarət nümayəndəlikləri açılır. Rusiya Federasiyasının təxminən 70 regionu Azərbaycanın regionları ilə sıx işləyir. Bu sırada Moskva vilayəti, Sankt-Peterburq, Stavropol, Krasnodar diyarları, Həştərxan vilayəti, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətləri liderlərdir.
Azərbaycanda Rusiyanın iştirakı ilə təxminən 700-dən artıq birgə şirkət fəaliyyət göstərir, şimal qonşumuzun iqtisadiyyatımıza yatırdıqları sərmayələrin ümumi həcmi isə 1,5 milyard dolları keçmişdir.
Forumda çıxış edən Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı, səmərəli biznes əlaqələrinin qurulmasından məmnunluğunu bildirmiş, yalnız "LUKOİL”un Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyduğunu, "Transneft”in isə Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin etdiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır. Vladimir Putin qarşılıqlı investiya əlaqələri barədə belə demişdir: "Azərbaycandan olan sərmayədarlar Rusiyada kənd təsərrüfatı obyektlərinin inşasında iştirak edirlər. Onların arasında, məsələn, Nijeqorod vilayətində istixana kompleksidir. Sərmayələrin həcmi milyard rubldan artıq təşkil edir. Eləcə də Krasnodar diyarında ərzaq məhsulları buraxılışı üzrə birgə müəssisəni misal çəkə bilərəm”.
Keçən il kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı demək olar 12 faiz artmışdır. 30-dan çox Azərbaycan şirkətinin sentyabrın 17-dən 20-dək Moskvada Beynəlxalq Ərzaq Sərgisində iştirak etməsi isə belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan bu bazarı genişləndirmək niyyətindədir.
Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti də diqqətçəkən sahələrdən biridir. Bu şura iki ölkənin biznes nümayəndələri arasında təmasları genişləndirir, hər iki tərəfin biznesmenlərini dəstəkləyir, müştərək layihələrin sayının artmasına zəmin yaradır. Getdikcə intensivləşən ikitərəfli görüşlər, tərəfləri maraqlandıran biznes layihələrin birgə müzakirəsi və reallaşdırılması, səylərin koordinayası müsbət nəticələr verir. Belə geniş iqtisadi əlaqələrin qurulması hər iki ölkədə sənayenin şaxələndirilməsinə zəmin yaradır, daha geniş çərçivələrdə əməkdaşlıq etməyə imkan verir. İki ölkənin əməkdaşlığının strateji xarakter alması qarşılıqlı sərmayə yatırımlarının artmasına da ciddi təsir edir.
Rusiya Prezidenti Azərbaycanda rus dilinə olan marağı yüksək dəyərləndirdiyini də bildirmişdir: "Biz bütün bunların hamısını görürük. Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir”.
İki ölkənin humanitar sahədə əməkdaşlığı bir çox ölkələrə örnək olmaq gücünə qadirdir. Bu sahədə həm ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun gördüyü böyük işlər qiymətləndirilməlidir. Uzun illər minlərlə gənc Rusiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil aldılar, bu proses bu gün də davam edir. Azərbaycanda 340-dan çox ümumtəhsil məktəbində rus dili tədris olunur, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Bundan başqa, dövlətə məxsus bütün ali təhsil müəssisələrində rus sektorları mövcuddur. Halbuki, həmişə Rusiyaya sədaqət andı içən Ermənistandan bütün ruslar çıxarılıb. Məhz bu baxımdan tolerantlığı ilə seçilən Azərbaycan xalqının şimal qonşusu ilə dostluğu xüsusi əhəmiyyət kəsb edir.
Forumdan sonra Azərbaycan və Rusiyanın şirkətləri və biznes təşkilatları arasında bir sıra sənədlər imzalandı. Azərbaycanda əczaçılıq məhsullarının istehsalı və paylanması, kiçik biznesin qarşılıqlı dəstəklənməsi, Rusiyaya fındıq ixracına dair, qadın sahibkarların inkişafı, Dövlət büdcə təşkilatları arasında əməkdaşlıq, spirtli içkilərin Rusiyaya ixracı, pomidor satışına dair Rusiyada quru inşaat qarışıqlarının istehsalı zavodunun tikintisi və qarşılıqlı xidmət göstərmək barədə bir sıra sənədlər və razılaşmalar imzalandı.
İki ölkənin regionları, şirkətləri və bütövlükdə dövlət səviyyəsində əməkdaşlıq əslində fəaliyyətin yeni formatının yaranmasına səbəb oldu. Sürətlə sahibkarlıq mədəniyyətinə yiyələnən ölkələrimiz hər iki dövlətdə liderlərin qarşıya qoyduğu vəzifələrə tam nail olmaq əzmindədirlər.


Bahadur İMANQULİYEV,
"Azərbaycan”