03 Oktyabr 2018 21:46
655
İDMAN
A- A+

Azərbaycanın qadın şahmatçıları Ukrayna komandası ilə heç-heçə edib


Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də keçirilən doqquzuncu turda Azərbaycanın kişilərdən ibarət komandasının rəqibləri çinli idmançılar olub. Azərbaycan-Çin görüşündə Şəhriyar Məmmədyarov - Dinq Liren, Teymur Rəcəbov - Yu Yanqyi, Arkadi Naydiç - Vey Yu və Eltac Səfərli - Bu Syanci cütlükləri qarşılaşıb. Komandamız rəqibinə məğlub olub – 1,5: 2,5.

Aktivində 15 xal olan ABŞ yığması hazırda Olimpiadada vahid liderdir. Onlardan bir xal geri qalan Polşa yığması ikinci yerdə qərarlaşıb. Azərbaycan komandası 13 xalla üçüncüdür.

Qadın şahmatçılarımız isə Ukrayna komandası ilə yarışıb. Azərbaycan - Ukrayna görüşündə Günay Məmmədzadə - Anna Muzıçuk, Xanım Balacayeva - Marina Muzıçuk, Gülnar Məmmədova - Anna Uşenina və Ülviyyə Fətəliyeva - Yuliya Osmak qarşılaşmaları keçirilib. Oyun heç-heçə başa çatıb – 2:2.
Qadın komandaların mübarizəsində ilk iki yerdə Çin və Ukrayna yığmaları qərarlaşıb. Aktivində 14 xal olan Azərbaycan komandası altıncı pillədədir.
Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də yekunlaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video