03 Oktyabr 2018 21:28
710
Təhsil
A- A+

Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı elmi-metodiki seminarlara başlanılıb


Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar bu gündən fəaliyyətə başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, ilk seminar fizika fənni üzrə keçirilib. Seminarda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Mərkəzin məsul şəxsləri, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Seminarda, həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutu direktorunun müavini Ənvər Abbasov və Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev iştirak ediblər.

Seminarın gündəliyinə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, DİM-in otk.az saytında yerləşdirilmiş layihələri (Məktəb dərsliklərinin mövzuları üzrə sınaq imtahanları, "Abituriyent” jurnalının 2018-ci ildə nəşr etdiyi Test toplularındakı test tapşırıqlarından ibarət mövzular və bütövlükdə bölmələr üzrə sınaq imtahanları), fizika fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi məsələlərinin müzakirəsi daxil edilib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək hələ 1990-cı illərin birinci yarısında ilk seminarların təşkil edilməsini və onların əhəmiyyətini xatırladıb. O deyib: "1992-1993-cü illərdə imtahanların məzmunu yalnız bu işə cəlb olunmuş bir neçə ekspertin fikrini ifadə edirdi. Odur ki, TQDK-nın (indi DİM) qarşısında duran əsas vəzifələrdən biri də ali təhsil almağa layiq abituriyentlərin seçilməsini təmin edən dövlət standartlarını yaratmaq idi. Bu məqsədlə 1994-cü ildən etibarən ekspert qrupları yaradıldı, elmi-metodiki seminarlar təşkil olundu. Ümumtəhsil və ali məktəb müəllimlərinin, AMEA-nın əməkdaşlarının dəvət olunduğu bu seminarlarda müasir testologiyanın elmi əsasları öyrənilir, testlər tərtib edilir, müxtəlif mövzular ətrafında müzakirələr aparılırdı”. Həmin seminarların öz fəaliyyətini bu gün də uğurla davam etdirdiyini bildirən M.Abbaszadə daha sonra 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçıları məlumatlandırıb, onların suallarını cavablandırıb.

Sonra DİM-in əməkdaşı İ.Cəfərov qeyd olunan layihələr haqqında məlumat verib, onların təyinatını izah edib və internetdə əyani olaraq qeydiyyat və digər prosesləri nümayiş etdirib.

Seminarın rəhbəri professor M.Musayev 2019-cu ilin qəbul imtahanında fizika fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verib, proqramı müzakirəyə təqdim edib. Müzakirələr nəticəsində qəbul proqramı təsdiq olunub.

Seminar internet vasitəsi ilə canlı yayımlanıb. Qəbul proqramı yaxın vaxtlarda "Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video