03 Oktyabr 2018 18:13
210
DÜNYA
A- A+

Fransada helikopterlə həbsxanadan qaçan təhlükəli cinayətkar tutuldu


Fransa polisi Paris yaxınlığındakı həbsxanadan helikopterdə qaçımış qarətçini tuta bilmişdir. Bu barədə Fransanın daxili işlər naziri Jerar Kollon öz Tvitterində məlumat vermişdir.

Qeyd olunur ki, 46 yaşlı cinayətkar Reduan Faid, onun qardaşı və ailəsinin daha iki üzvü srağagün ölkənin şimalında yerləşən Krey şəhərində həbs edilmişlər. Polislər onlardan silah müsadirə etmişlər.

Fransanın ən məşhur cinayətkarlarından biri hesab edilən Faid 1990-cı illərdə Parisdə qarətlər və pul qoparmaqla məşğul olan bandanın başçısı olmuşdur. 2001-ci ildə silahlı qarətə görə 30 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu il iyulun 1-də o, "Allouette” helikopterində həbsxanadan qaçmışdır.

2013-cü ildə də Faid digər islah müəssisəsindən qaçış təşkil etmişdir. Həmin vaxt o, 4 mühafizəçini girov götürmüş və 5 alaqapını partlatmışdır. Ayyarımdan sonra cinayətkar ələ keçmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video