03 Oktyabr 2018 18:12
620
DÜNYA
A- A+

İraqda yeni prezident seçildi



İraqda seçkilər keçirildikdən beş ay sonra parlamentin deputatları Bağdadda yeni prezidenti seçə bilmişlər. Bu, Kürdüstan Vətənpərvər İttifaqının nümayəndəsi (KVİ) Bərham Salehdir. Bu barədə "RİA Novosti” agentliyi xəbər verir.
Məlumata görə, bir ənənə olaraq İraq prezidenti vəzifəsini kürd siyasətçisi tutur.
Salehin namizədliyini 219 deputat dəstəkləmişdir. Onun ən yaxın rəqibi – Kürdüstan Demokrat Partiyasının (KDP) təmsilçisi Fuad Hüseyn cəmi 22 səs qazanmışdır.
Andiçmə mərasimi zamanı Bərham Saleh bildirmişdir ki, o, müəyyən qrupun deyil, bütün iraqlıların prezidenti olmaq niyyətindədir.
Saleh prezident seçildikdən iki saat sonra yeni hökumət başçısının təyinatı barədə məlumat vermişdir. Şiə siyasətçisi Adil Əbdülmehdi İraqın Baş naziri təyin olunmuşdur. Ölkə Konstitusiyasına görə, Əbdülmehdi 30 gün ərzində parlamentə yeni Nazirlər kabinetini təqdim etməlidir.
Xatırladaq ki, bu ilin may ayında İraqda parlament seçkiləri keçirilmişdir. Seçkilərdə şiə müsəlmanlarının dini liderlərindən biri Müqtəda Sədrin bloku qələbə qazanmışdır.
İraq Konstitusiyasına görə, parlamentin spikeri sünnilərin, Baş nazir şiələrin, Prezident isə kürdlərin nümayəndəsi olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video