03 Oktyabr 2018 15:02
901
Səhiyyə
A- A+

Siqaretdən imtina edilməsindən sonra müalicə prosedurları


Zərərli vərdişlərdən olan siqaret çəkməkdən imtina zamanı orqanizmi tütünün təsirlərindən təmizləmək və onun yaratdığı bəzi hallardan yaxa qurtarmaq üçün müəyyən müalicə prosedurları tətbiq edilir.

Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov qeyd edib ki, hər kəs siqaret çəkməyə başladığı kimi ondan imtina da edə bilər. Əlbəttə, bu, ilk növbədə, daha çox iradə ilə bağlı olan məsələdir. O, tütündən istifadəni tərgidəndən sonra yarana biləcək hallar barədəAZƏRTAC-a bəzi məlumatlar verib.

Həkim-fitoterapevt qeyd edib ki, siqaret çəkib sonra imtina edənlər diş əti və ağız boşluğu həssaslığı ilə üzləşə bilərlər. Bu zaman gündə iki-üç dəfə soda ilə qarqara etmək tövsiyə olunur.

Siqaretdən imtina edənlərdə bəlğəmin rəngi dəyişir, tez-tez öskürmə halları baş verir. Həmin hallarla üzləşənlər bəlğəm gətirmək və bronxları təmizləmək üçün keçibuynuzu meyvəsindən istifadə edə bilərlər. Keçibuynuzu xırda-xırda doğranılır, 400 ml qaynar suda 20 qram olmaqla 15 dəqiqə dəmlənilir, alınan dəmləmə iki yerə bölünür, yarısı səhər, yarısı axşam yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Prosedur 14 gün aparılır. Tez-tez allergik tutması olan və asmatiklər də ondan istifadə edə bilərlər. Şəkərli diabet xəstələri müəyyən norma gözləməlidirlər. Hətta keçibuynuzu meyvəsini toz halına salandan sonra da qəbul etmək olar. Yaxud 10 qram keçibuynuzu tozu 30 qram balla qarışdırılaraq yeyilir”.

Həkim-fitoterapevtin dediyinə görə, keçibuynuzundan başqa gülxətmi kökü, şirin biyan kökü və dəvədabanı kökündən də istifadə etmək mümkündür. Onları bir yerdə dəmləyib içmək, biyan şirəsini gündə iki dəfə 10 qram qəbul etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video