03 Oktyabr 2018 12:25
1215
Səhiyyə
A- A+

Baş infeksionist: Son günlər yayılan xəstəlik qrip virusu deyil


Son günlər ölkəmizdə burun axması, boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb. Mütəxəssislərin rəyinə görə xəstəlik qripə bənzəsə də, qrip virusu deyil.

AZƏRTAC xəbər verir ki, respublikanın baş infeksionisti Cəlal İsayev həmin virusun yayılmasının havanın dəyişkənliyi ilə bağlı olduğunu deyib: "Qrip virusları zamanı xəstəlik adətən daha ağır keçir, ilk günlər intoksikasiya əlamətləri olur, sonradan zökəm əlamətləri də qoşulur. Bu xəstəlikdə isə zökəmlə intoksikasiya əlamətləri eyni vaxtda başlayır və ağırlığı ilə nəzərə çarpmır”.

Həkim-infeksionistin verdiyi məlumata görə, virusla əlaqədar hələlik müalicə müəssisələrinə müraciət edən olmayıb. Xəstəlik yüngül keçdiyi üçün virusa yoluxanlar ev şəraitində müalicə olunaraq 2-3 günə sağalırlar. O, bu cür infeksiyalara yoluxmamaq üçün güclü immunitetə malik olmağın vacibliyini bildirib: "Bu isə daha çox qidalanmadan asılıdır. Orqanizmə daxil olan hər virus xəstəlik törətmir və burada hər kəsin fərdi xüsusiyyəti əsas rol oynayır. Daha çox zəif immunitetə malik olanlar belə viruslar zamanı daha tez xəstəliyə yoluxurlar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video