02 Oktyabr 2018 21:46
323
CƏMİYYƏT
A- A+

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində materiallar Baş Prokurorluğa göndəriləcək


Vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində materiallar Baş Prokurorluğa göndəriləcək.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə mobil telefonların gömrük nəzarətinə bəyan edilmədən, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatına əsasən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Muxtarov Nazim Əlimcanoviç "Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb, ona məxsus əl yükünə baxış keçirilib.

Yoxlama zamanı onun baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan ümumi sayı 79 ədəd təşkil edən "İphone” markalı, 2 ədəd "Samsung” markalı mobil telefonlar, "İphone” markalı mobil telefonlarına aid 3 ədəd qulaqlıq, 5 ədəd adapter, 19 ədəd boş qutu və 2 ədəd "Kinqston” markalı 240 GB tutumlu yaddaş qurğusunun olduğu müəyyən edilib.

Qeyd olunan fakt üzrə aparılan araşdırma zamanı məlum olub ki, Muxtarov Nazim Əlimcanoviç şəxsiyyəti müəyyən olunmuş bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Hüseynli Ariz Behbud oğlu ilə sövdələşib və sonuncunun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197120 manat dəyərində mobil telefon və aksesuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.

Eyni zamanda, müəyyən olunub ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Hüseynli Ariz Behbud oğlu əvvəllər də qulluq mövqeyindən istifadə etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Əliyev Rəhman Qasım oğlu ilə birlikdə qeyd olunan şəxslərlə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıblar.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hüseynli Ariz Behbud oğlu və Əliyev Rəhman Qasım oğlu dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər və vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video