Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:54 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polo üzrə Avropa çempionatında ikinci yeri tutan Azərbaycan milli komandası Vətənə qayıdıb
Polo üzrə Avropa çempionatında ikinci yeri tutan Azərbaycan milli komandası Vətənə qayıdıb
ANA SƏHİFƏ / İDMAN
21:40 02.10.2018

İtaliyanın Siena şəhərində keçirilən polo üzrə Avropa çempionatında ikinci yeri tutan Azərbaycan milli komandasının üzvləri oktyabrın 2-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, yarışda gümüş medal qazanan milli komandamızın üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

Mərasimdə bildirilib ki, sentyabrın 30-da polo üzrə Avropa çempionatının final oyununda milli komandamız gözəl oyun nümayiş etdirsə də, 4:8 hesabı ilə İtaliya seçməsinə uduzaraq gümüş medal qazanıb.

Avropa çempionatının debütantı olaraq böyük müvəffəqiyyətə imza atan Azərbaycan komandasının turnirdə nümayiş etdirdiyi qələbə əzmi qitə birinciliyinin ən böyük sürprizi olub.

Atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını 11:7, İrlandiya komandasını isə 5:3 hesabı ilə məğlub edib.

Xüsusi vurğulanıb ki, milli komandamızın bu böyük və parlaq nailiyyəti, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən atçılıq idmanının inkişafına göstərdiyi ali diqqət və qayğının təcəssümüdür.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə müsahibəsində bildirib ki, belə mötəbər yarışdan Azərbaycana medalla qayıtmaq sevindiricidir. Avropanın on ən güclü komandasının iştirak etdiyi çempionatda biz uğurla mübarizə apararaq finala yüksəldik. Bu, polo tarixində bir ilkdir. Çünki indiyədək heç bir komanda ilk dəfə iştirak etdiyi çempionatda belə nailiyyət əldə etməyib. Azərbaycan komandası bir daha dünyaya sübut etdi ki, biz zəif deyilik. Komandamız bu çempionata güclü hazırlaşıb, təlim-məşq toplanışları keçib. İyulda Azərbaycanda polo turniri təşkil etdik. Məqsəd bu çempionata hazırlıq idi. Həmin turnirdən sonra biz iki aya yaxın Almaniyada təlim-məşq toplanışlarında olduq. On nəfərlik heyətdə legionerlərimiz də var. Lakin komandamız əsasən azərbaycanlı idmançılardan təşkil olunub.

"Finalda ev sahibi İtaliya komandasına qarşı oynadıq. Bütün idman növlərində olduğu kimi, ev sahibinə qarşı oynamaq asan olmadı. Hakimlərin də qərəzli qərarları oyunumuzu daha da çətinləşdirdi. Təkcə onu kifayətdir ki, komandamızın qapısına vurulan qollardan 6-sı penaltilərdən vuruldu. Məhz bunun nəticəsində komandamız 4:8 hesabı ilə məğlub oldu. Amma bu, bizim üçün məğlubiyyət hesab edilməməlidir. Bu yarışda iştirak edən idmançılara, təşkilatçılara təşəkkürümü bildirirəm. Bilirsiniz ki, Azərbaycanda idman gündən-günə inkişaf edir. İdmanın bütün sahələrində olduğu kimi, atçılıq idmanında da Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edirik. Məhz bunun nəticəsidir ki, belə mühüm çempionatda medal qazandıq”, - deyə baş katib qeyd edib.

Milli komandamızın baş məşqçisi Namiq Orucov qeyd edib ki, Avropa çempionatına ilk dəfə qatılmağımıza baxmayaraq, idmançılarımız böyük əzmkarlıq göstərdilər. On böyük polo dövlətinin qatıldığı yarışda ikinci yeri tutmaq çox qürurvericidir.

Milli komandanın kapitanı Elçin Camallı deyib ki, Avropa çempionatında ikinci yeri tutmaq böyük nailiyyətdir. Bizim bu uğurumuzda zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk. Düşünürəm ki, Azərbaycan xalqını sevindirə bildik. Daim bizi dəstəklədiyinə, göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevə komanda yoldaşlarım adından minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, Beynəlxalq Polo Federasiyasının və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 30-dək Siena şəhərində Avropa birinciliyi keçirilib. Turnirdə İtaliya və Azərbaycan milliləri ilə yanaşı, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə və İrlandiya yığma komandaları da iştirak ediblər.

Çempionatı işıqlandıran xarici KİV-lər bu mötəbər turnirdə ilk dəfə iştirak etməsinə baxmayaraq, böyük uğurlara imza atan Azərbaycan millisinin çıxışını diqqət mərkəzində saxlayıblar. Həmin KİV-lərin xəbər və reportajlarında komandamızın parlaq oyunu, Odlar Yurdunun qədim atçılıq ənənələri, idmançılarımızın əzmkarlığı və mübarizliyi barədə ətraflı söhbət açılıb. Belə ki, "pololine.tv” ixtisaslaşmış idman portalının çempionatın final görüşü ilə bağlı yayımladığı reportajda Azərbaycan yığmasının inamla mübarizə aparması vurğulanıb.

ABŞ-ın nüfuzlu "gcpolo.com” saytında yer alan yazıda "Odlar və buzlar yurdu olan Azərbaycan”ın milli yığmasının dünyanın ən güclü komandalarından biri kimi göstərilib. Nəşr, həmçinin noyabrın 24-də Mayamidə "Grand Champions Polo Club”da keçiriləcək beynəlxalq kubok turnirində Azərbaycan komandasının ABŞ idmançıları üçün güclü rəqib olacağını xüsusi qeyd edib. Həmin portalın "Facebook” səhifəsində final görüşündən əvvəl Azərbaycan millisinə uğurlar arzulanıb.

İtaliyanın "cavallo2000.it” portalında final görüşündə ev sahiblərinin Azərbaycan millisi ilə qarşılaşmasının böyük sürpriz olduğu bildirilib. Bundan başqa, yığmamızın oyun taktikası və peşəkarlığı ilə hamını təəccübləndirməsi, komandamızın güclü azarkeş dəstəyinin olması xüsusi vurğulanıb.