02 Oktyabr 2018 15:37
724
Elm və texnika
A- A+

Akademik Rafael Hüseynov: Ramiz Abutalıbov Cümhuriyyət tarixinin görkəmli tədqiqatçılarındandır


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezident təqaüdçüsü, tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovla görüş keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, görüşdə bu qurumun direktoru, akademik Rafael Hüseynov R.Abutalıbovun Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərindən danışıb. O, alimin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərimizin həyat və fəaliyyətləri ilə bağlı geniş araşdırmalar apardığını, onun Cümhuriyyət tarixinin görkəmli tədqiqatçılarından olduğunu deyib.

R.Hüseynov böyük alimin 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə sabiq Fransa Prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan "Fəxri Legion” ordeni ilə təltif edildiyini də diqqətə çatdırıb.

Səmimi görüşə görə akademik R.Hüseynova minnətdarlığını bildirən R.Abutalıbov Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərəqqisi naminə görüşlərin, birgə konfransların təşkilində və elmi müzakirələrin aparılmasında maraqlı olduğunu bildirib.

Sonda R.Hüseynov qonağı cari ilin noyabrında Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçiriləcək "Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfransa dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video