Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

01:30 12 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:40 12.12.2018 40 ilin müəssisəsi
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis hər zaman Azərbaycanın uğurlu inkişafına töhfəsini verir
Milli Məclis hər zaman Azərbaycanın uğurlu inkişafına töhfəsini verir
ANA SƏHİFƏ / PARLAMENT
01:04 02.10.2018

Parlamentin payız sessiyası işə başladı


Yüz illik yubileyini qeyd edən Azərbaycan parlamenti oktyabrın 1-də payız sessiyasının ilk plenar iclası Dövlət himninin səslənməsi ilə öz işinə başladı.
Milli Məclisin Sədri Oqtay Əsədov sentyabrın 20-də yubiley münasibəti ilə təşkil olunan təntənəli mərasimlə bağlı ətraflı məlumat verərək qeyd etdi ki, bu toplantıda 44 ölkədən, 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə iştirak edib. Onların arasında 14 parlament sədri, 20 sədr müavini, eləcə də xarici dövlətlərin ölkəmizdəki səfirləri də yer alıb.
Mərasimdə iştirak edən Prezident İlham Əliyev parlamentin fəaliyyəti ilə bağlı çox dəyərli fikirlər səsləndirib. Milli Məclisin fəaliyyətinə yüksək qiymət verən dövlət başçısı Azərbaycanın yüksək inkişafından və həyata keçirilən tam müstəqil siyasətin uğurlarından söz açıb.


Qanunvericilik bazası ən yüksək meyarlara cavab verir


"Bu gün Azərbaycan uğurla inkişaf edir. Azərbaycan parlamenti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafına öz layiqli töhfəsini verir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Milli Məclis bir çox Konvensiyalara qoşulub. Azadlıqların təmin edilməsi, demokratik inkişafla bağlı siyasətin aparılmasında parlamentin çox böyük rolu var” deyən Oqtay Əsədov Milli Məclisin fəaliyyətinə yüksək qiymət verdiyi üçün parlament adından dövlət başçısına təşəkkür etdi. Bildirdi ki, Milli Məclis bundan sonra da Azərbaycan Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində ən yüksək formada dəstəkləyəcək.
Sədr onu da diqqətə çatdırdı ki, ötən sessiya dövründə 16 iclas, 261 qanun və qərar qəbul edilib. Parlamentin ötən sessiya dövründə beynəlxalq əlaqələri inkişaf edib, deputatlar 38 ölkəyə 90-dan çox səfərlər edib. 57 xarici dövlətin 100-ə qədər nümayəndəsi parlamentin qonağı olub. Milli Məclisin xətti ilə 5 beynəlxalq təşkilatın Azərbaycanda iclası keçirilib. Bu sessiyada isə mühüm sənədlər, xüsusən də "Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunacaq.


İllərlə aparılan zəhmətin bəhrəsi


Sonra gündəliyin müzakirəsinə başlanıldı. Gündəliyin ilk sənədini - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununu (ikinci səsvermə) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Bildirdi ki, dəyişiklik "Əmək pensiyaları haqqında” qanuna edilən əlavələrə uyğunlaşdırmaq məqsədi daşıyır. Lakin Konstitusiya qanunu olduğu üçün bir daha təsdiqlənməlidir. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bir daha yubiley mərasiminə toxunaraq vurğuladı ki, parlamentin yubileyi münasibəti ilə 44 ölkədən, 9 beynəlxalq təşkilatdan nümayəndələrin səfəri Azərbaycanın uğurlu inkişafını təsdiq edən amildir. Qısa müddət ərzində bu nümayəndə heyətləri ilə görüşlərin keçirilməsi, rəhbərlik tərəfindən məlumatlandırılması çox mühüm hadisədir. Bu, illərlə aparılan zəhmətin bəhrəsidir. Bütün bunlar təqdirəlayiqdir. Siyavuş Novruzov bütün deputatlar adından parlamentin rəhbərliyinə, onun aparatına dərin təşəkkürünü bildirdi.
Deputatlar "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanunu layihəsinə də müsbət münasibət bildirdilər.


Qanunvericilik işləri planı kifayət qədər zəngindir


Sonra Milli Məclisin 2018-ci il üçün payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Fazil Mustafa, Zahid Oruc, Vahid Əhmədov, Fərəc Quliyev, Azay Quliyev, Əli Məsimli, Qüdrət Həsənquliyev, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Əflatun Amaşov, Araz Əlizadə, Aytən Mustafayeva, Hikmət Məmmədov çıxış edərək həmkarlarını yeni sessiya münasibəti ilə təbrik etdilər və bildirdilər ki, qanunvericilik işləri planı kifayət qədər zəngindir. Deputatlar işlər planına bir sıra sahələrlə bağlı yeni qanun layihələrinin də daxil edilməsi üçün rəy və təkliflərini irəli sürdülər.
Qeyd edək ki, işlər planında dövlət bayrağı, gerbi və himni haqqında Konstitusiya qanunu layihələri, "Kabel şəbəkəsi yayımı haqqında”, "Turizm haqqında”, "Psixoloji yardım haqqında”, "Ümumtəhsil haqqında” yeni qanun layihələri mövcuddur.
Gündəlikdəki iki məsələ - "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə və "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin sərhəd komissarlarının fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri haqqında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bu sənədləri olduqca vacib hesab edən Ziyafət Əsgərov vurğuladı ki, qanun layihələrində əməkdaşlığın əsas prinsipləri də öz əksini tapıb.


Bakıda və Ankarada yeni mədəniyyət mərkəzləri yaradılacaq


"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdi. Bildirdi ki, iki qardaş ölkə arasında münasibətlər əksər dünya dövlətlərinə nümunədir. Mədəniyyət sahəsindəki əməkdaşlıq bu münasibətlərin ən üst qatlarında yer alır.
Yeni sazişə əsasən Ankaradakı səfirliyimizdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Bakıdakı Türkiyə səfirliyinin nəzdində Yunus Əmrə adına Mədəniyyət Mərkəzinin yaradılması təklif edilir. Bu da getdikcə dərinləşən münasibətlərə növbəti töhfədir. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolun təsdiq edilməsi, "Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə”, "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında”, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında” Sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarılaraq təsdiqləndi.
Qısa fasilədən sonra iclas qanun layihələrinin müzakirəsi ilə davam etdi. "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dəyişiklik texniki xarakterlidir. Qanun layihəsi qəbul edildi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məlumatından sonra deputatlar "Aviasiya haqqında”,”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə müsbət münasibət bildirdilər.


İqtisadi qanunvericilik daha da təkmilləşdirilir


Ziyad Səmədzadə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Standartlaşdırma haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrini də müzakirəyə təqdim etdi. Qısa müzakirədən sonra qanun layihələri təsdiqləndi.
Komitə sədri Ziyad Səmədzadə daha sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, dəyişiklik "Təhsil haqqında” və "Elm haqqında” qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi qəbul edildi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İnzibati Xətalar Məcəlləsində və "Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdilər. Hər iki layihə təsdiqləndi.
Komitə sədri Əli Hüseynlinin məlumatından sonra Mənzil Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də təsdiqləndi.
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Mədəniyyət haqqında” və "Milli arxiv fondu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdi. Deputatlardan Fazil Mustafa, Aqil Abbas və Aydın Mirzəzadə layihələr ətrafında təkliflərlə çıxış etdilər. Qısa müzakirədən sonra qanun layihələri qəbul edildi.
Deputatlar "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də müsbət münasibət bildirdilər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, "Bələdiyyələrin statusu haqqında” və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini diqqətə çatdırdı. Qeyd etdi ki, dəyişikliklər "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli qanunun tətbiqi ilə əlaqədardır. Deputatlardan Vahid Əhmədov, Qənirə Paşayeva bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Qanun layihələri qəbul edildi.
Daha sonra iclasda Azərbaycan Respublikasının "Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihələri təsdiqləndi.


Xarici vətəndaşlara Azərbaycanda təhsil üçün qrant veriləcək


Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələrini müzakirəyə təqdim etdi. Qeyd olundu ki, qanunlara nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” sərəncamların icrası məqsədilə təklif olunur.
Milli Məclis Sədrinin müavini Bahar Muradova, deputatlardan Qüdrət Həsənquliyev, Tahir Kərimli, Fazil Mustafa, Qənirə Paşayeva bu məsələ ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Çıxışlarda bu dəyişikliyin Azərbaycan dövləti üçün əhəmiyyətli olduğu qeyd edildi.
Qanun layihələri təsdiq edildi.
İclasda İnzibati Xətalar Məcəlləsində (birinci oxunuş), "Tütün və tütün məmulatı haqqında” (birinci oxunuş), "Bədən tərbiyəsi və idman haqqında”, "Televiziya və radio yayımı haqqında” (birinci oxunuş), "İctimai televiziya və radio yayımı haqqında” (birinci oxunuş), "Teatr və teatr fəaliyyəti haqqında” (birinci oxunuş), "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi.
Qanun layihələri ilə bağlı Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdilər. Qeyd olundu ki, dəyişikliklər sözügedən qanunların "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun özündə edilməsi nəzərdə tutulan dəyişiklik isə İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihələri təsdiq olundu.
İclasda son olaraq "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələri təsdiq olundu.

Rəşad BAXŞƏLİYEV,
Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM