Alternative content

08:15 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhriyar Məmmədyarov FIDE-nin reytinq cədvəlində ilk üçlükdədir
Şəhriyar Məmmədyarov FIDE-nin reytinq cədvəlində ilk üçlükdədir
ANA SƏHİFƏ / İDMAN
21:35 01.10.2018

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə üçüncü yerdədir.

AZƏRTAC xəbər verir ki, FIDE 1 oktyabr 2018-ci il tarixinə reytinq cədvəlini dərc edib. Şəhriyar Məmmədyarov bu siyahıda 1 sentyabr 2018-ci il üçün qeydə alınmış mövqeyini dəyişməyib.

Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), ikinci yerdə amerikalı Fabiano Karuanadır (2827). Sonrakı yerləri, müvafiq surətdə çinli Din Lijen (2804), fransız Maksim Vaşye-Laqrav, erməni Levon Aronyan, hollandiyalı Aniş Giri (2780), rusiyalı Vladimir Kramnik (2779), amerikalı Uesli So (2775) və hindistanlı Vişvanatan Anand (2771) tutur.

Bizim digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.

Rapid və blits üzrə dünyada ən güclü şahmatçıların ilk onluğunda son bir ayda dəyişiklik olmayıb.