01 Oktyabr 2018 15:07
864
PARLAMENT
A- A+

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir


Oktyabrın 1-də Milli Məclisin 2018-ci ilin payız sessiyasında ilk plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-i və 5-də keçiriləcək iclasların gündəliyinə 62 məsələ daxil edilib.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə sentyabrın 21-də keçirilən təntənəli iclası xatırladıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli iclasda iştirak edib və geniş nitq söyləyib. Prezident İlham Əliyev nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı çox dəyərli təhlillər aparıb. Dövlətimizin başçısı Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirib. Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətlidir.

Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan uğurla inkişaf edir. Bu inkişafda parlamentin xüsusi rolu var. Azərbaycan parlamenti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir. "Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölkəmizdə demokratik inkişafla bağlı siyasətin aparılmasında Azərbaycan parlamentinin xüsusi rolu var. Parlamentin fəaliyyətinə verdiyi yüksək dəyərə görə mən öz adımdan və sizin adınızdan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmişə olduğu kimi bundan sonra da Milli Məclis Azərbaycan Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində dəstəkləmək üçün əlindən gələn tədbirləri görəcək”, - deyə Oqtay Əsədov söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video