Alternative content

08:17 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polo üzrə Azərbaycan Milli komandası Avropa çempionatında gümüş medal qazanıb
Polo üzrə Azərbaycan Milli komandası Avropa çempionatında gümüş medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
23:54 30.09.2018

Azərbaycan milli komandası sentyabrın 30-da İtaliyanın Siyene şəhərində polo üzrə Avropa çempionatının final oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Avropa çempionatının son və həlledici oyunu gərgin və dramatik anlarla yadda qalıb. Milli komandamız gözəl oyun nümayiş etdirsə də, 8:4 hesabı ilə İtaliya seçməsinə məğlub olaraq gümüş medal qazanıb.

Avropa çempionatının debütantı olaraq böyük müvəffəqiyyətə imza atmış Azərbaycan komandasının turnirdə nümayiş etdirdiyi qələbə əzmi və döyüş ruhu qitə birinciliyinin ən böyük sürprizi olub.

Atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Beynəlxalq Polo Federasiyasının və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 30-dək İtaliyanın Siena şəhərində Avropa birinciliyi keçirilib. Turnirdə Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan yığma komandaları iştirak ediblər.