30 Sentyabr 2018 14:07
541
DÜNYA
A- A+

Danimarka vətəndaşları elektron sürücülük vəsiqələri alacaqlar


Artıq Danimarkada sürücülük vəsiqələrinin kart şəklində olmasına ehtiyac qalmayacaq. Belə ki, növbəti iki il ərzində ölkədə vəsiqələrin yeni – rəqəmsal versiyası dövriyyəyə buraxılacaq.

AZƏRTAC bu ölkənin KİV-lərinə istinadla xəbər verir ki, Danimarkanın Maliyyə Nazirliyi mətbuat üçün hazırladığı xüsusi məlumatda bildirib ki, sürücülük vəsiqələrini müxtəlif mobil cihazlara yüklənmiş xüsusi proqram əlavələri vasitəsilə əldə etmək mümkün olacaq.

Belə ki, sürücülük vəsiqələrinin təqdimatı üçün yeganə tələb olunan vasitə smartfon olacaq. Danimarkada bir çoxları mobil telefonlarını artıq onlayn-bankinq və E-boks təhlükəsiz poçt sistemi vasitəsilə rəsmi sənədləşdirmələrdə istifadə edirlər.

İctimai sektor və innovasiyalar naziri Sofi Löde deyib: "Bu gün əksər insanlar smartfona malikdir və o, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Mobil telefonlar demək olar ki, pul kisəsini əvəz edib. Buna görə də sürücülük vəsiqələrini telefonlara tətbiq etmək, yəni onların həmişə əl altında olması yaxşı fikirdir”.

Qeyd olunur ki, rəqəmsal sürücülük vəsiqələri fiziki lisenziyaları təkcə əvəz etməyəcək, həm də onu təkmilləşdirəcək. Proqram əlavəsi vasitəsilə sistemə təhlükəsiz daxil olmaqdan ötrü isə vəsiqə sahibinin barmaq izləri istifadə ediləcək.

Krallığın nəqliyyat naziri Ole Birk Olesenin sözlərinə görə, hazırda sürücülük vəsiqələrinin alınmasından ötrü sənədlərin verilməsi həddən artıq vaxt aparır. O deyib: "Məhz bu səbəbdən hökumət rəqəmsal sürücülük vəsiqəsinə əlavə olaraq, həmçinin ərizənin verilməsinin rəqəmsal prosesinin mümkünlüyünə baxır. Bu, həm müraciət edənlər, həm də orqanlar üçün vaxta qənaətdir”.
Əlavənin 2020-ci ilin sonunadək dövriyyəyə buraxılması gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video