Alternative content

08:15 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Topaz Premyer Liqası: “Neftçi” “Səbail” klubunun qapısından dörd cavabsız top keçirib
Topaz Premyer Liqası: “Neftçi” “Səbail” klubunun qapısından dörd cavabsız top keçirib
ANA SƏHİFƏ / İDMAN
23:36 29.09.2018

Sentyabrın 29-da Azərbaycan Topaz Premyer Liqasının altıncı turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında "Neftçi” klubu doğma meydanda "Səbail” komandasını qəbul edib. Oyunun favoriti sayılan "Neftçi” hesabı erkən qolla açıb. Müdafiəçilərin kobud səhvini "ağ-qara”lıların braziliyalı hücumçusu Dario bağışlamayıb - 1:0. Qoldan sonra yenidən fəal oyun nümayiş etdirən paytaxt təmsilçisi 25-ci dəqiqədə rəqibi ikinci dəfə məyus edib. Baqali Dabo adını tabloya yazdırıb - 2:0.

Matçın 42-ci dəqiqəsində Premyer Liqanın flaqmanı üçüncü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Belə ki, Dario iki müdafiəçini aldadıcı hərəkətlə keçərək qapıya dəqiq zərbə endirib və hesab arasındaki fərqi üç topa çatdırıb - 3:0.
"Neftçi” klubu fasiləyə böyük üstünlüklə yollanıb.
Fasilədən sonra "Səbail” klubu bir neçə əlverişli fürsətləri əldən verib. Oyunda son nöqtəni isə yenidən "Neftçi” klubu qoyub. Baqali Dabo özünün ikinci komandasının dördüncü qolunu vurub - 4:0.
"Neftçi”nin əzəli rəqibi Ağdamın "Qarabağ” klubu bu gün "Əlincə Arena” stadionunda çempionatın debütantı "Sabah” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.