Alternative content

08:17 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın kişilərdən ibarət komandası Ümumdünya Şahmat Olimpiadasında liderlik edir
Azərbaycanın kişilərdən ibarət komandası Ümumdünya Şahmat Olimpiadasında liderlik edir
ANA SƏHİFƏ / İDMAN
19:18 29.09.2018

Gürcüstanın Batumi şəhərində Ümumdünya Şahmat Olimpiadası davam edir. Altıncı turda Azərbaycanın kişilərdən ibarət komandası Çexiya komandası ilə, qadınlardan ibarət yığmamız isə latviyalı rəqibləri ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Qədir Hüseynovun komandası (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədov) beşinci turda Ermənistan yığmasına 2,5:1,5 hesabı ilə qalib gəlib. Kapitan Fikrət Sideyifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamız (Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) isə Yunanıstan şahmatçılarını 3:1 hesabı ilə məğlub edib.

Beş turdan sonra kişilər arasında hər birinin aktivində 10 komanda xalı olan Azərbaycan, Çexiya, Polşa və Ukrayna yığmaları liderlik edir. İsrail, ABŞ və Almaniya komandaları liderlərdən bir xal, on yeddi komandanın hər biri liderlərdən iki xal geri qalır.

Qadınlar arasında ABŞ komandası irəlidədir - 10 xal. Çin, Ukrayna, Gürcüstan-2, Ermənistan, Gürcüstan-1 və Hindistan komandaları liderlərdən bir xal, Azərbaycan da daxil olmaqla on beş komandanın hər biri liderlərdən iki xal geri qalır.

Qeyd edək ki, Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları bu gün istirahət edirlər.