29 Sentyabr 2018 13:33
250
DÜNYA
A- A+

İndoneziyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb


İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 28-də İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ okeanda 3 metr hündürlükdə dalğaların yaranmasına səbəb olub. Dəniz sahilində yerləşən iki şəhər və bir neçə kənd sunaminin zərbəsinə tuş gəlib.
Palu şəhərində 380 min insan dağıntıların altında qalıb. Şəhərlə əlaqə kəsilib. Xilasedicilər oraya yalnız helikopterlər vasitəsilə gedə bilirlər.
Xatırladaq ki, dünən səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında dağıdıcı zəlzələ baş verib. Bundan bir qədər sonra həmin rayonda 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video