Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

08:37 19 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:55 19.12.2018 Eviniz abad olsun
00:08 19.12.2018 9 yaşlı çempion
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni KİV: “Putin İlham Əliyevi seçdiyini növbəti dəfə nümayiş etdirdi”
Erməni KİV: “Putin İlham Əliyevi seçdiyini növbəti dəfə nümayiş etdirdi”
ANA SƏHİFƏ / SİYASƏT
01:22 29.09.2018

Ermənistan mətbuatı və siyasi ekspertləri Rusiya Prezidentinin azərbaycanlı həmkarı ilə 3 ayda 4 dəfə görüşdüyünü narahatlıqla qarşılayır, Yerevana səfərinin ləğvini isə ciddi təhlükə sayırlar


Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Bakı və Moskva arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Burada əldə edilən razılıqlar qarşıdakı dövr ərzində Rusiya və Azərbaycan arasında münasibətlərin daha da dərinləşəcəyini göstərir. Proseslərin bu istiqamətdə inkişafından narahat olan isə işğalçı Ermənistandır.
İşğalçı ölkədə açıq etiraf edilir ki, Azərbaycanın uğurlu siyasəti nəticəsində Moskva Bakını regionda əsas müttəfiqi kimi qəbul edir. Ermənistanda bu narahtlıq hələ Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra özünü daha qabarıq formada büruzə verir.
Görünən odur ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü və orada imzalanan sənədlərin məzmunu Yerevanı əməlli-başlı təlaşa salıb.


Yerevan təlaş içərisindədir


Ermənistan mətbuatı və siyasi ekspertləri Rusiya Prezidentinin azərbaycanlı həmkarı ilə 3 ayda 4 dəfə görüşdüyünü narahatlıqla qarşılayır, Yerevana səfərin ləğvini isə ciddi təhlükə sayırlar. Vurğulayırlar ki, Moskva ilə Bakı getdikcə daha da yaxınlaşırlar. Və bu proses Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərdə xeyli dərəcədə problemlər yaratmaq istiqamətində atdığı addımların fonunda baş verir.
"Qrapark” qəzeti yazır ki, Ermənistan Rusiya üçün regionda ikinci dərəcəli dövlətdir: "Putin İlham Əliyevi seçdiyini növbəti dəfə nümayiş etdirdi. Rusiya əsas müttəfiqi kimi artıq Azərbaycanı qəbul edir. Bunu Rusiya və Azərbaycanın dövlət başçıları arasında intensivləşən təmaslar da aydın göstərir. Elə Prezident Vladimir Putinin Ermənistana səfərdən imtina etməsi də bunun təsdiqidir”.
Əvəzində isə Rusiya Prezidentinin Azərbaycana səfəri, ümumilikdə isə iki ölkə arasında olan yüksək səviyyədə münasibətlər Ermənistanda həyəcanla izlənilir. Buna qədər isə Ermənistanda Vladimir Putinin yolunu səbirsizliklə gözləyirdilər. Hətta işğalçı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya Prezidentinin yaxın vaxtlarda Ermənistana baş çəkəcəyini bildirsə də, artıq erməni mediası onu yalan danışmaqda ittiham edib. Balayan isə bildirirdi: "Rusiya Prezidentinin mümkün səfəri haqqında müzakirələr davam edir. Müddət hələ dəqiqləşdirilməyib. Amma bu səfər tezliklə olacaq. Səfərin statusu rəsmi olacaq”.


"Paşinyan Putinlə razılaşma əldə edə bilməz, ancaq şəkil çəkdirər”


Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Putin Ermənistana bu ilin sonunda gələcək. Amma Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamalarından belə bəlli oldu ki, Moskva üçün Putinin Ermənistana səfəri heç də prioritet deyil və Yerevan öz növbəsini sakitcə gözləyə bilər. Uşakov xatırladıb ki, Rusiya və Ermənistan liderlərinin son görüşü bu yaxınlarda olub.
Amma Ermənistanın "1in.am” saytında siyasi şərhçi Sarkis Artsruni xatırladır ki, "bu yaxınlarda”, daha dəqiq sentyabrın 1-də Soçidə Putin Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edib, amma bu, Kremlin başçısına Azərbaycan Prezidenti ilə yeni görüşü keçirməyə mane olmur. Yeni görüş həm də Bakıda keçirilib: "Həm də, Ermənistan formal planda Rusiyanın regional müttəfiqidir və Azərbaycandan fərqli olaraq, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma Uşakovun sözlərində daha çox təhqiredici işarə var idi. O, imkan daxilində Rusiya siyasətində Ermənistanın rolunu, beləliklə, Putinin Ermənistana səfərinin dövlət və siyasi qiymətini kiçildir. Halbuki, erməni tərəfi inadla iddia edir ki, Putinin Yerevana səfəri rəsmi olacaq. Uşakov isə müəyyən tədbirləri sadalayır ki, Paşinyan bu tədbirlərin gedişatında Vladimir Putinlə razılşma əldə edə bilməz, "şəkil çəkdirə” bilər. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan Putinlə üç dəfə görüşüb və bunlardan heç biri rəsmi deyildi”.
Onun sözlərinə görə, Ermənistanın qaçmağa yeri yoxdur və o "qardaş” Putinin səfərini səbirlə gözləyəcək, əgər Rusiya Prezidentinin bir neçə saat boş vaxtı olacaqsa. Sarkis Artsruni bu vəziyyətə görə, Moskvanı deyil, məhz Ermənistan hakimiyyətini ittiham edir.


Yerevanın Moskvaya qarşı gedişləri Kremldə daha çox qəzəb doğurur


Ekspertlər hesab edirlər ki, Ermənistanın Rusiyanın orbitindən kənarlaşmaq cəhdləri, Yerevanın Moskvaya qarşı gedişləri Kremldə getdikcə daha çox qəzəb doğurmaqdadır. Elə Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərinin təxirə salınmasının arxasında duran əsas səbəblərdən birinin məhz bu olduğu vurğulanır.
Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov proseslərin bu istiqamətdə inkişafını təbii sayır. O, Ermənistandan fərqli olaraq Azərbaycan və Rusiya arasındakı isti münasibətlərin bu fonda daha da dərinləşəcəyini vurğulayır. Onun sözlərinə görə, prezidentlər Vladimir Putinlə İlham Əliyevin Bakıda növbəti görüşləri çox mühümdür: "Putinin Bakı səfəri Rusiya və Azərbaycan arasında pozitiv notlardan xəbər verir. İki ölkə arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu, Moskva ilə münasibətləri gərginləşdirən Yerevan üçün də bir nümunədir.
Putinin Bakı səfəri Yerevana göstərir ki, Ermənistanın yeni rəhbərliyi öz siyasəti ilə ölkəni təhlükəli zonaya daxil edib, çünki Rusiya regionda əsas müttəfiqi kimi Azərbaycanı görməyə başlayıb”.


Ermənistanın regionda təcridi daha da dərinləşəcək


Markovun fikrincə, prezidentlərin Bakıda energetika, iqtisadiyyat, Xəzər dənizində əlaqələr, "Şimal-Cənub” layihəsi də daxil olmaqla nəqliyyat layihələrini və hərbi-texniki əməkdaşlığı müzakirə mövzusu etməsi bu sahədə əməkdaşlığı daha da dərinləşdirəcək: "Həmçinin, bütövlükdə regiondakı münasibətlər də diqqət mərkəzindədir. Çünki Yaxın Şərqdə qeyri-sabit vəziyyət davam edir, Vladimir Putin dünya siyasətinin əsas oyunçularından biridir, İlham Əliyev də çox təcrübəli siyasətçidir. Azərbaycan liderinin böyük əlaqələri və ciddi informasiyaları var”.
S.Markov əlavə edib ki, Putinlə Əliyevin görüşlərinin intensiv şəkildə baş tutması iki ölkə münasibətlərinin çox pozitiv trekdə inkişaf etməsinin nümunəsidir: "Bununla yanaşı, İlham Əliyevlə Putin arasında çox yaxşı dostluq münasibətləri var. Liderlərin görüşünün mütəmadi baş tutmasının səbəblərindən biri də regionda qeyri-sabit vəziyyət, xüsusilə Rusiya və Azərbaycan sərhədlərində baş verənlərdir. Ermənistandakı hadisələr də buna nümunədir”.
Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Rusiya və Azərbaycan arasında münasibətlər dinamik şəkildə inkişaf edir və yürütdüyü qeyri-rasional siyasət üzündən bu hal Ermənistanın regionda təcridini daha da dərinləşdirəcək.

Elçin CƏFƏROV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM