29 Sentyabr 2018 01:11
486
Mədəniyyət
A- A+

Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılışı olub


Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, görkəmli mədəniyyət xadimlərinin, eləcə də musiqisevərlərin qatıldıqları açılış konsertində Nəsimi yaradıcılığından nümunələr təqdim olunub.

Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı” və İsmayıl Hacıbəyovun "Memorial” əsərlərindən parçalar təqdim edib.

Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusufun çıxışı gecəyə xüsusi rəng qatıb. İfalarında Şərqlə Qərbin vəhdətini yaratmış Sami Yusuf ən populyar musiqilərini səsləndirməklə yanaşı, festivalın əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib, Nəsimi şeiriyyətinin əbədiyaşarlığından danışıb. Nəsimiyə həsr etdiyi kompozisiya və onun ifasında Azərbaycan xalq mahnısı "Sarı gəlin” alqışlarla qarşılanıb.

Gecədə, həmçinin Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva Nəsiminin sözlərinə bəstələdiyi "Dua” mahnısını təqdim edib.

Heydər Əliyev Mərkəzində təşkil olunan gecədə Azərbaycan Milli Konservatoriyasının "Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı xüsusi layihə ilə çıxış edib. Ansamblın repertuarı XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların yeni kompozisiyalarından ibarət olub.

Qeyd edək ki, festivala sentyabrın 30-da yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video