Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

03:56 14 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polo üzrə Avropa çempionatında Azərbaycan millisinin zəfər yürüşü davam edir
Polo üzrə Avropa çempionatında Azərbaycan millisinin zəfər yürüşü davam edir
ANA SƏHİFƏ / İDMAN
01:03 29.09.2018


İtaliyanın Siyene şəhərində davam edən polo üzrə Avropa çempionatında bu gün 4-cü turun oyunları keçirilmişdir.

Çempionatın 4-cü turunda "A” qrupunun liderləri - Azərbaycan və İrlandiya milliləri görüşmüşlər. Bu qarşılaşmaya qədər hər iki komanda 3 qələbə qazanaraq turnir cədvəlinin 1-ci və 2-ci pillələrini bölüşürdülər.

Hazırkı Avropa çempionu olan İrlandiya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş bütün azarkeşlərə həyəcan dolu dəqiqələr yaşatmışdır. Güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 5:3,5 hesabı ilə məğlub edərək Azərbaycan atçılıq idmanı tarixində ilk dəfə olaraq Avropa çempionatının finalına yüksəlmişlər.

Mübarizəni Avropa birinciliyinin bürünc medalları uğrunda davam etdirmək məcburiyyətində qalan İrlandiya yığması ilə qarşılaşmada idmançılarımızdan Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqlənmişlər.

Xatırladaq ki, atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub etmişdir.

Sabah çempionatın "B” qrupunun oyunları keçiriləcəkdir. Avstriya ilə Almaniya, İtaliya ilə İsveçrə komandaları qarşılaşacaqlar. Lakin bu oyunların nəticələrindən asılı olmayaraq İtaliya komandası artıq finalda, Almaniya komandası isə 3-cü yer uğrunda görüşdə iştirak etmək hüququ qazanmışlar.

Polo üzrə Avropa çempionatının 30 sentyabr tarixində keçiriləcək final oyununda Azərbaycan və İtaliya komandaları, 3-cü yer uğrunda oyunda isə İrlandiya və Almaniya yığmaları qarşılaşacaqlar.


"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM