28 Sentyabr 2018 21:59
544
Təhsil
A- A+

BDU ilə Həştərxan Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb


Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiyanın Həştərxan Dövlət Universitetinin (HDU) rektoru, professor Konstantin Markelov və həmin ali məktəbin Siyasi elmlər və Beynəlxalq Münasibətlər Departamentinin direktoru, professor Rafik Usmanov ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A.Məhərrəmov Azərbaycanda son illərdə bütün sahələrdə, o cümlədən təhsildə yüksək nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb. BDU-nun beynəlxalq əlaqələrindən, Rusiyanın bir çox universitetləri ilə uğurlu əməkdaşlığından danışan rektor Həştərxan Dövlət Universiteti ilə birgə layihələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Professor K.Markelov Rusiya-Azərbaycan əlaqələrinin əhəmiyyətindən bəhs edib. O, eyni zamanda, Həştərxan Dövlət Universitetinin BDU ilə fundamental elmlər üzrə əməkdaşlığını humanitar elmlər sahəsində də genişləndirməkdə maraqlı olduqlarını söyləyib.

Sonra anlaşma memorandumu imzalanıb. Sənəddə müəllim-tələbə mübadiləsi, yay məktəblərinin, konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və s. məsələlər nəzərdə tutulur.
Qonaqlar BDU-nun elmi-tədqiqat mərkəzlərində olublar.
Qeyd edək ki, Həştərxan Dövlət Universitetinin 12 mindən artıq tələbəsi, 8 institutu, 20-dək elmi-tədris mərkəzi, 21 fakültəsi, 60-dək şöbəsi var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video