28 Sentyabr 2018 21:46
747
Təhsil
A- A+

Təhsil naziri “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində keçirilən dərslərlə tanış olub


Sentyabrın 28-də Gəncədə səfərdə olan təhsil naziri Ceyhun Bayramov şəhər 4 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində V-VI siniflərdə keçirilən dərslərlə tanış olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin rəhbəri Fəxri Qurbanov nazirə yeni tədris ilinə hazırlıq çərçivəsində Gəncə şəhərindəki 6 məktəbdə bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, cari tədris ilində Gəncə şəhərində 76 sinif üzrə 2.200 şagirdə 24 informatika müəllimi tərəfindən yeni məzmun üzrə dərs keçirilir. Həmin müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində təşkil edilən ixtisasartırma təlimlərinə cəlb olunublar. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. 21 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 300 ədəd noutbuk, proyektor, elektron lövhə və yüksəksürətli internet bağlantısı ilə təmin olunub.

Təhsil naziri C.Bayramov "Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində həyata keçirilən tədbirləri yüksək dəyərləndirib. Nazir qeyd edib ki, layihənin həyata keçirilməsinin məqsədi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

Ötən tədris ilində icra olunan layihələr, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə geniş məlumat verən C.Bayramov layihənin tətbiq edildiyi siniflərdə olub, dərs prosesinin gedişini izləyib, müəllim və şagirdlərlə söhbət edib.

"Rəqəmsal bacarıqlar” pilot layihəsi informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

Layihə çərçivəsində informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur.
2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6.500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 min şagird bu layihəyə cəlb olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video