28 Sentyabr 2018 21:25
529
İDMAN
A- A+

Qurban Qurbanovdan növbəti rekord


"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi "Facebook” səhifəsinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan baş məşqçi ünvanına yiyələnib.
Bu rekord Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan "Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Q.Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında "Neftçi” və "Qarabağ”a rəhbərlik edən mütəxəssis baş məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.
Beşinci turun "Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Q.Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu "Qarabağ”, "Bakı fəhləsi”, "Şəmkir”, "Neftçi”, "Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.
205 qələbəyə çatan Q.Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/2007-ci il mövsümündə debüt edib. Onun ilk qələbəsi "Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun yetirmələri "Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.
Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu "Zirə” ilə matçda yubiley də qeyd edib. Q/Qurbanov "Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video