Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:51 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:17 14.10.2018 İLHAM ƏLİYEV erası
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlkin hərbi qeydiyyatın 15 yaşdan aparılması təklif edilir
İlkin hərbi qeydiyyatın 15 yaşdan aparılması təklif edilir
ANA SƏHİFƏ / PARLAMENT
15:34 28.09.2018


Sentyabrın 28-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi.

Milli Məclis Sədrinin I müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə iki qanun layihəsi hazırlanıb. Bundan başqa, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən (Azərbaycan Ordusu və siyahısı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müəyyən ediləcək başqa silahlı birləşmələr) başqa hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) hərbi xidmət keçən hərbi qulluqçuların statusu ilə bağlı da təkliflər mövcuddur.

Belə ki, hazırda Azərbaycan Ordusuna və başqa silahlı birləşmələrə aid olmayan, lakin tərkibində hərbi qulluqçuların xidmət keçdiyi müəyyən qurumlar var ki, (Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları istisna olmaqla digər müəyyən qurumları - Hərbi Prokurorluq və s.) həmin qurumların hərbi qulluqçularının öz hərbi qulluqçu statusunu itirməməsi və onların maddi təminatının pisləşməməsi baxımından Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən başqa, hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmət keçən şəxslərin də hərbi qulluqçu hesab olunması təklif edilir.

Bundan başqa, artıq bu ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir. Ali təhsil müəssisələrində hərbi kafedraların artıq mövcud olmadığı nəzərə alınaraq qanunun ali təhsil müəssisələrinin tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ilə bağlı 11-ci maddəsinin ləğv edilməsi təklif olunur.

Nəzərdə tutulan digər dəyişikliyə əsasən, hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda onlara verilmiş hərbi rütbədən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilər. Eyni zamanda, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə İntizam Nizamnaməsinin 61-ci bəndinin "z” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılır.

İclasda Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsinə də baxılıb (birinci oxunuş). Mövcud dəyişikliyə əsasən, törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrum etmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Silahlı Qüvvələrin hərbi qulluqçularının siyahısından çıxarılırlar.

Sonra təklif olunan dəyişikliklərlə bağlı müzakirələr aparıldı. Deputatlar sənədlərə müsbət münasibət bildirdilər və qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

"Azərbaycan”