28 Sentyabr 2018 15:18
2338
Səhiyyə
A- A+

Gözəlliyə aparan yol...


Doğulandan başlayaraq azalmayan ehtiyac duyulan gözəlliyin müxtəlif növləri var.
Mənəvi gözəlliyin nə qədər vacib və əhəmiyyətli olduğunu hamı qəbul edir. Lakin etiraf etmək lazımdır ki, insan həyatında xarici gözəllik heç də az rol oynamır. Bu səbəbdən plastik və estetik cərrahiyyənin yaranması və inkişafını tam təbii saymaq olar. Möcüzələr yaradan plastik cərrahiyyə tibbin heç də cavan bölməsi deyil.

Belə ki, plastik cərrahiyyə bizim eradan hələ 3 min il əvvəl mövcud olub. Hələ qədim Misir həkimləri zədəli burunların korreksiyası və dovşandodaqlılığın ləğvi kimi əməliyyatların aparılma texnologiyasını papiruslar üzərində yazıb, təsvir ediblər. Lakin XIX əsrin əvvəllərində plastik cərrahiyyənin inkişafına yenidən başlanılıb. Buna elm və texnika, baş verən yeniliklər, antiseptik maddələrin, yeni cərrahi alətlərin meydana çıxması da təkan verib. Tarixdə baş verən iki böyük faciə - iki dünya müharibəsi də plastik cərrahiyyənin inkişafında böyük rol oynayıb. Müharibədə yaralanan, zədə alan on minlərlə insan sağlamlıqları ilə yanaşı, zahiri görünüşlərinin də bərpa olunmasını arzulayırdılar. Cərrahlar üz və bədəndə yaranan yara, yanıq və donmalardan sonra əmələ gələn mürəkkəb çapıqların və deformasiyaların bərpasına yönələn çoxlu müxtəlif plastik əməliyyatlar həyata keçirməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, ikinci dünya müharibəsindən sonra plastik cərrahiyyənin yeni dövrü başladı. Üzün və bədənin travma nəticəsində yaranmış qüsurlarının aradan qaldırılması ilə yanaşı, estetik əməliyyatlara, yəni bədənin gözəlləşməsinə yönələn əməliyyatlara da ehtiyac yarandı.

Estetik əməliyyatlardan biri də burun və dodaq arasındakı məsafənin qısaldılması nəticəsində dodaqların daha həcmli görünməsinə nail olmaqdır. Bulhorn adlanan həmin əməliyyat ölkəmizdə də icra edilir, çünki ona ehtiyac duyan kifayət qədər xanım var.

Bu barədə məlumat verən plastik estetik cərrah Vaqif Qələndərli həmin əməliyyatlara meyil edənləri diqqətli olmağa çağırır: "Bulhorn əməliyyatı dodağın yuxarı hissəsini yüksəldərək ona daha gözəl görünüş vermək üçün edilir. Lakin burun və dodaq arasındakı bölgədə aparılan həmin kosmetik əməliyyatdan sonra çapığın əmələ gəlməsi mümkündür. Bu da gözəlliyi pozan əsas səbəblərdən birinə çevrilərək depressiya və ya hansısa digər psixoloji problemin yaranmasına səbəb ola bilər”.

Plastik cərrahın dediyinə görə, Bulhorn əməliyyatını hər pasiyent üzərində aparmaq düzgün deyil. Əməliyyatı həyata keçirmək üçün pasiyentin dərisinin xüsusiyyətləri həkim tərəfindən tam öyrənilməlidir. Çünki gözəllik yaratmaq istəyərkən onun əksi də baş verə bilər. Perpendikulyar kəsik çox qalın olur. Lakin paralel kəsiklər mütləq langer cizgilərinə uyğun aparılmalıdır ki, iz qalmasın. Pasiyentlərin 30 faizində çapıq qalma riski olur. Ona görə də bunu əvvəlcədən pasiyentə başa salmaq lazımdır”.
Əməliyyatı aparan həkim uşaq ikən pasiyentə vurulan peyvəndlərin izinə və ya keçirdiyi əməliyyatların yerinə baxaraq dərinin xüsusiyyətlərini nəzərə almalıdır. Belə əməliyyatları həmin hissəni kəsmədən piy toxumasının köçürülməsi ilə də icra etmək mümkündür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video