27 Sentyabr 2018 17:59
412
CƏMİYYƏT
A- A+

Azərbaycan nümayəndə heyəti Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının sessiyasında iştirak edir


Sentyabrın 27-28-də Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Üzv Dövlətləri Assambleyasının 7-ci sessiyası keçirilir. Tədbirdə beynəlxalq təşkilata üzv olan 74 dövləti, müşahidəçi statusa malik ölkələri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1000-dən çox nümayəndə iştirak edir.
Beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyəti qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinin üzvü Vüsal Hüseynov, ölkəmizin Avstriyadakı səfiri, Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndə Qalib İsrafilov, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Səbuhi Alıyev, ölkəmizin Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin ikinci katibi Rövşən Səfərov iştirak edirlər.
Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib, üzv dövlətlərin bu sahədə həyata keçirdiyi tədbirlər üzrə məruzələr dinlənilib, qeyd edilən qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizə səylərinin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinin üzvü Vüsal Hüseynov tədbirin açılış mərasimində çıxış edib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan və dövlət proqramlarından danışıb. O, Azərbaycanın genişmiqyaslı islahatların həyata keçirildiyi, regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin reallaşdırıldığı, sabitlik, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən məkan olduğunu diqqətə çatdırıb. Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini deyən V.Hüseynov ölkəmizin təkmil antikorrupsiya qanunvericiliyinə malik olduğunu, ixtisaslaşmış orqanların bu sahədə sistemli fəaliyyət göstərdiyini, Azərbaycan brendi olan "ASAN xidmət”in artıq bir sıra ölkələrdə tətbiq edildiyini qeyd edib.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi, Beynəlxalq Antikorrupsiya Akademiyasının magistr proqramının məzunu Kamal Cəfərov da Assambleyanın 7-ci sessiyasında çıxış edib. O, ölkəmizdə korrupsiyanın qarşısının alınması, açıq hökumət prinsiplərinin təşviqi sahəsində həyata keçirilən tədbirlər, o cümlədən ölkəmizlə Akademiya arasında ikitərəfli münasibətlər və Akademiyanın magistr proqramının əhəmiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video