27 Sentyabr 2018 17:46
242
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Rusiya dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair yeni sənədlər imzalayacaqlar


Azərbaycan və Rusiya dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair iki yeni sənəd imzalayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil edilən "Nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda "dəyirmi masa”da məlumat verib.
Nazir xatırladıb ki, Azərbaycan ilə Rusiya arasında zəruri normativ-hüquqi baza yaradılıb, avtomobil, dəmiryol və hava nəqliyyatına dair hökumətlərarası sazişlər imzalanıb. Hazırda ticarət gəmiçiliyinə dair sazişlərin layihələrinə baxılır.
"Dəyirmi masa”da çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri sürətlə inkişaf etməkdə olan tranzit-nəqliyyat əməkdaşlığıdır. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında və beynəlxalq miqyasda yükdaşımaların artmasına kömək edəcək.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Şimal-Cənub layihəsinin inkişafından söhbət açaraq bildirib ki, Azərbaycan tərəfi Astara (İran) ərazisində terminal inşa edib, bu terminaldan artıq 195 min ton yük daşınıb. Həmin terminal işə düşənədək müvafiq dövr ərzində yolun həmin hissəsində cəmi 1700 ton yük daşınmışdı.
"Dəyirmi masa”da müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının, yükdaşımalar ilə məşğul olan şirkətlərin təmsilçiləri iştirak edib. İştirakçılar nəqliyyat sahəsində əməkdaşlığın inkişafı mexanizmlərini, yükdaşımaların genişlənməsi perspektivlərini, iki ölkə arasında yüklərin çatdırılmasını yaxşılaşdırmaq yollarını müzakirə ediblər. Bundan başqa nəqliyyat və yükdaşımalar sahəsində mövcud əməkdaşlığa, əlaqələrin genişləndirilməsinə dair bir sıra çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Qeyd edilib ki, Azərbaycan ilə Rusiya arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanları genişdir və bu baxımdan, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi önəmlidir.
Diqqətə çatdırılıb ki, əvvəlki illə müqayisədə bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 100 dəfə çox olub. Tədbirdə, həmçinin ölkələrimiz arasında nəqliyyat sahəsində birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video