Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:56 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ” – “Arsenal” oyununa otuz min bilet satılıb
“Qarabağ” – “Arsenal” oyununa otuz min bilet satılıb
ANA SƏHİFƏ / İDMAN
16:25 27.09.2018

Avropa Liqasında "Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan biletlərin sayı açıqlanıb.
AZƏRTAC "Qarabağ” klubunun rəsmi "Facebook” səhifəsinə istinadla xəbər verir ki, artıq 30 min bilet sahibini tapıb. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.
Biletlərin "qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - "Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin "iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, "Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də Bakı vaxtı ilə saat 20:55-də keçiriləcək.