27 Sentyabr 2018 16:20
261
İQTİSADİYYAT
A- A+

“Dəyirmi masa”da Azərbaycan və Rusiyanın qadın sahibkarlarının əməkdaşlığının uğurlu olacağına əminlik ifadə edilib


Sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Qadın sahibkarlığının inkişafında əməkdaşlıq perspektivləri” mövzusunda "dəyirmi masa” təşkil edilib.
AZƏRTAC xəbər verir ki, "dəyirmi masa”da Azərbaycan tərəfdən moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova forumun əhəmiyyətini vurğulayıb. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə toxunan komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirlər.
Azərbaycan cəmiyyətində qadınların rolundan bəhs edən Hicran Hüseynova qeyd edib ki, 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Bu gün ölkəmizdə gender siyasətinin gücləndirilməsi dövlət strategiyasının əsas istiqamətlərindən biridir.
Ölkəmizdə inkişaf etməkdə olan qadın sahibkarlığından danışan Hicran Hüseynova son illər Azərbaycanda qadın sahibkarlarının sayının xeyli artdığını diqqətə çatdırıb. Bu sahədə görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verən komitə sədri bildirib ki, qadın sahibkarlığın inkişafı qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadın sahibkarlığı inkişaf etdikcə beynəlxalq əməkdaşlıq məsələləri də mühüm amilə çevrilir. Bu baxımdan sahibkar xanımlar işlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq əməkdaşlığa da önəm verməlidirlər.
O, Azərbaycanda qadın sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, o cümlədən təşkil olunan müxtəlif maarifləndirici tədbirlər, qadın sahibkarlara verilən güzəştli kreditlər, "ABAD”ın bu sahədəki fəaliyyəti barədə danışıb, Azərbaycanın Rusiyanın qadın sahibkarlar təşkilatları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu və bu sahədə geniş imkanları diqqətə çatdırıb.
"Dəyirmi masa”nın Rusiyadan olan moderatoru, Rusiya-Ərəb İşgüzar Şurasının direktoru, "Biznes qadınları” Ümumrusiya İctimai Təşkilatının prezidenti Tatyana Qvilava qadın sahibkarlığının inkişafının bütün cəmiyyətlərə xeyir gətirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sahibkar qadınların fəaliyyətləri çox zaman nümunəviliyi ilə seçilir. Qadın hər bir işdə diqqətlidir. Tatyana Qvilava Azərbaycanla Rusiya arasındakı münasibətlərdən danışaraq, bir çox sahələrdə olduğu kimi, qadın sahibkarlarının da əməkdaşlığının uğurlu olacağına əminlik ifadə edib.
O, Azərbaycanda qadın sahibkarlığın inkişafına göstərilən dəstəkdən məmnunluğunu bildirib, bu sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Qadın sahibkarlar "dəyirmi masa”da çıxış edib, sualları cavablandırıblar. Bildirilib ki, qadınlar əzmkarlıqları ilə öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyişə bilərlər. Bu şərtlə ki, onlara bunun üçün resurslar verilsin.
Sonra qadınların iqtisadi imkanlarının və potensialının artırılmasında sahibkarlığın rolu, qadın sahibkarlığının inkişafında mövcud problemlər və həlli yolları, kənd yerlərində qadın sahibkarlığının genişləndirilməsi, qadın hüquqlarının möhkəmlənməsində və ailə münasibətlərində sahibkarlığın təsiri, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının regionları arasında sahibkarlıq sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları, Novqorod vilayətində qadın sahibkarlığının inkişafı kimi mövzularda məruzələr dinlənilib.
Bundan başqa, qadın sahibkarlar bu sahədə təcrübələrini bölüşüb və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video