Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

03:52 14 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun bağlanış mərasimi keçirilib
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun bağlanış mərasimi keçirilib
ANA SƏHİFƏ / İDMAN
14:31 27.09.2018

Sentyabrın 27-də Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev çıxış edərək bildirib ki, Gənc Liderlərin Qlobal Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayiş etdiririk. Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Ölkəmizdə Olimpiya Hərəkatının inkişafı üçün hər cür şərait yaradılıb. Bu Forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq. Azərbaycanda Xüsusi Olimpiya Hərəkatına dəstək verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü bildirirəm”.
Sonra çıxış edən Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun yüksək səviyyədə keçirilməsinə görə Azərbaycanın Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. O deyib ki, Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır. Biz çalışacağıq ki, ailəmizin üzvlərinin sayını daha da artıraq və ən yüksək səviyyəyə qalxaq.
Tədbirdə digər çıxış edənlər Forumun əhəmiyyətindən danışıblar. Bildirilib ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyabrın 24-dən 28-dək Bakıda keçirilən və inklüzivliyi təşviq edən forumda iştirak edib. Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir.

Qeyd edək ki, forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə öz ölkələrində inklüziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayıblar. Bakı forumu başa çatdıqdan sonra gənc liderlər öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya Fondunun qrantları ilə dəstəklənəcək. Beş günlük Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə "Lions Clubs International”, "Stavros Niarchos Foundation” və digər təşkilatlar tərəfindən dəstəklənib.

Xüsusi Olimpiya Hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında "Vahid məktəblər” adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziv idman və liderlik vasitəsilə bir araya gətirən "Vahid nəsil” proqramının hazırlanmasıdır.
Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inklüzivliyə nailolma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə kömək edəcək.
Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inklüzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klubunda inklüziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM