27 Sentyabr 2018 13:31
357
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Rusiya kiçik və orta biznes sahəsində təcrübələrini bölüşüblər


Azərbaycanla Rusiya kiçik və orta biznes sahəsində təcrübələrini bölüşüblər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq” mövzusunda "dəyirmi masa” təşkil edilib.
"Dəyirmi masa”da çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib. O qeyd edib ki, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara bir sıra xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə göstərdikləri xidmətlərin əlaqələndirilməsidir.
Agentlik tərəfindən görülən işlər barədə danışan Orxan Məmmədov qeyd edib ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2025-ci ilədək Azərbaycanda KOB-un payı ÜDM-də 35 faizə, məşğulluqda 40 faizə, ölkənin qeyri-neft ixracında isə 25 faizə çatdırılacaq.
Rusiyanın "Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın icraçı direktoru Aleksandr Braverman isə Rusiyada kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə danışıb, belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını deyib.
"Dəyirmi masa”da Azərbaycan və Rusiya tərəfindən rəsmi şəxslər, eləcə də İKT, qida və kimya sənayesi, tikinti, sığorta, maliyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video