27 Sentyabr 2018 13:11
340
DÜNYA
A- A+

Yunanıstanda baş verən qasırğa nəticəsində dörd gəmi batıb


Yunanıstanda Bofort cədvəli üzrə 10 ballıq "Ksenofont” qasırğası nəticəsində 4 gəmi batıb, yüzlərlə ağac aşıb, bərə əlaqəsi kəsilib, məktəblər bağlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Attika paytaxt regionunda küləyin ağacları aşırması səbəbindən yanğınsöndürmə xidməti sutka ərzində 355 çağırış alıb. Artıq 12 saatdır ki, Kefaloniya adasının Zola rayonundakı yanğını söndürmək mümkün olmur.
Sahil mühafizə xidmətinin məlumatına əsasən, hündür dalğalar nəticəsində limanlarda 4 kiçik gəmi batıb. Ölkənin materik hissəsi ilə adalar arasında sərnişin gəmisi reyslərinin əksər hissəsi ləğv edilib.
Güclü külək səbəbindən Tinos, Andros, Zakintos və Mikonos adalarında məktəblər bağlanıb.
Qasırğa Attikada temperaturun müsbət 30 dərəcədən 13-15 dərəcəyə düşməsinə səbəb olub. Ölkənin dağlıq rayonlarına ilk qar yağıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video